Azərbaycanın ən güclüləri - ADLAR

Xəbərlər
15 May 2024 12:28
403
Azərbaycanın ən güclüləri - ADLAR

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Bilyard Federasiyasının dəstəyilə bilyard idman növünün “Pool-9” intizamı üzrə ölkə çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, 3 gün davam edən yarışın nəticəsinə əsasən, ən güclülər bəlli olub.

Kişilər arasında Orxan Qubatov çempion tituluna yiyələnib. Ruslan Əmiraslanov ikinci, Dmitri Neçayla Məmmədov Yəhya üçüncü yeri tutublar.

Qadınların mübarizəsində ən güclü Zəhra Abbasova olub. Gümüş medalı Mina Nəsirova, bürünc mükafatları isə Sudabəxanım İsmayılova və Anastasiya Kononova qazanıblar.

İdman.biz