Dənizkənarı bulvarda idman bayramı - FOTO

Xəbərlər
1 İyun 2024 16:18
480
Dənizkənarı bulvarda idman bayramı - FOTO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də Dənizkənarı bulvar ərazisində "Uşaqlar idmanı sevir" adlı əyləncəli festival keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan festival çərçivəsində 12 yaşlı pəhləvan Əli Muxtarov iki əli üzərində yeriyərək dişləri ilə avtomobil dartıb. Yeniyetmə pəhləvanın bacarığı əhali tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə musiqi sədaları altında stolüstü tennis, badminton, şahmat, avarçəkmə, voleybol, aykido, kapoeyra və digər idman növləri üzrə idmançıların maraqlı nümayişi keçirilib. Daha sonra nazirlik tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar məktəblilər arasında təşkil olunan esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbir bədii hissə ilə davam edib.

dman.biz