Yeni reytinq: Zöhrə Ağamirova Hidayət Heydərovu qabaqlayıb

Xəbərlər
3 İyun 2024 11:08
540
Yeni reytinq: Zöhrə Ağamirova Hidayət Heydərovu qabaqlayıb

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, iyun üçün müəyyənləşən siyahının ilk “üçlüy”ündə dəyişiklik olub.

Cədvəldə yenə bədii gimnastika üzrə qrup hərəkətləri komandası liderlik edir. Onların hesabında 675 xalı var. Bədii gimnast Zöhrə Ağamirova (495) ikinci yerə yüksəlib. O, dünya çempionu olan cüdoçu Hidayət Heydərovu (450 xal) qabaqlayıb. Sonuncu “üçlüy”ü qapayır.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

İdman.biz