Entoni Coşua - Daniel Dyubua döyüşü “Uembli”də

Xəbərlər
4 İyun 2024 10:26
163
Entoni Coşua - Daniel Dyubua döyüşü “Uembli”də

WBA, IBF и WBO üzrə keçmiş dünya çempionu Entoni Coşua və Daniel Dyubua arasında döyüşün danışıqlarına start verilib.

İdman.biz xəbər verir ki, görüşün Londonun məşhur “Uembli” stadionunda keçirilməsi planlaşdırılır.

“Queensberry Promotions” şirkətinin rəhbəri Frenk Uorren bildirib ki, döyüşlə bağlı ilkin razılıq əldə olunub. Məşhur boksçular sentyabrın 21-də üz-üzə gəlməlidirlər.

Qeyd edək ki, Coşua son görüşdə Fransis Nqannunu, Dyubua isə Filip Hrqoviçə texniki nokautla qalib gəlib.

İdman.biz