Sumqayıtın ən güclüsü - Yaşar Qasımov

Xəbərlər
10 İyun 2024 09:13
223
Sumqayıtın ən güclüsü - Yaşar Qasımov

Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş kişilər arasında bilyard idman növü üzrə Sumqayıt şəhər çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, çempionatın keçirilməsində məqsəd şəhərdə 15 iyun - Milli Qurtuluş gününün qeyd edilməsi, bilyard idman növünün təbliği və inkişafı, asudə vaxtın səmərəli təşkili və idmançılar arasında sağlam həyat tərzinin təbliğidir.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən çempionatda Yaşar Qasımov birinci, Nizami Vəliyev ikinci, Fuad Ocaqverdiyev və Ruslan Behbudov üçüncü yerə layiq görülüb.

Qalib və mükafatçılar medal, diplom və kubokla təltif edilib.

İdman.biz