Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında Azərbaycan millisi 2 medal qazanıb.
İdman.biz xəbər verir ki, yığmamıza ilk mükafatı samboçumuz Rəsul Aydəmirov (98 kq) qazandırıb.
O, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Avarçəkənimiz Bəhmən Nəsiri çıxışını bürünc medalla bitirib.
Qeyd edək ki, iyunun 24-də bitəcək yarışda Azərbaycan 11 idman növündə - avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo və karate üzrə ümumilikdə 97 idmançı ilə təmsil olunur.
İdman.biz