Yığmamızdan Kazanda daha 4 medal - FOTO

Xəbərlər
21 İyun 2024 20:24
175
Yığmamızdan Kazanda daha 4 medal - FOTO

Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunları davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan daha 4 medal qazanıb.

Koreş idman növü üzrə təmsilçilərimizdən Ariz Hüseynov (60 kq) və Mehdi Həciyev (80 kq) gümüş, Abdulla Şərif (90 kq) və Cəsur Mehdiyev (70 kq) isə bürünc medal qazanıblar.

Bununla da Azərbaycan idmançılarının Oyunlarda qazandığı medalların sayı 21-ə yüksəlib. Komandamızın hesabında 4 qızıl, 7 gümüş və 10 bürünc mükafat var.

İdman.biz