İyunun 22-də Tatarıstanın Kazan şəhərində koreş idman növü üzrə yeniyetmələr arasında dünya birinciliyi keçirilib.
İdman.biz xəbər verir ki, millimiz yarışı 5 medalla başa vurub.
Azərbaycan yığmasının heyətində Cavidan Nəhmətov (80 kq) qızıl, Nuhan Müzəffərov (55 kq) və Ramil Malıyev (65 kq) gümüş, Ülvi Rzayev (60 kq) və Kənan Bayramlı (85 kq) bürünc medal qazanıb.
Bu nəticə ilə Azərbaycan milli komandası ümumi hesabda dünya ikincisi olub.
İdman.biz