İdman bürcü - Astroloji PROQNOZ: 24-30 iyun

Təxminlər
23 İyun 2024 11:36
1 322
İdman bürcü - Astroloji PROQNOZ: 24-30 iyun

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Qoçlar üçün əlverişli həftə gözlənilir. Səyləriniz özünü doğruldacaq və ideyalarınız müsbət bəhrələrini verməyə başlayacaq. Səlahiyyətinizdə artım müşahidə olunacaq. Çoxları sizdən məsləhət almağa çalışacaq. Lakin ailədaxili bir sıra məsələlər ürəyinzcə olmaya bilər. Bunu o qədər də ümidsizlik kimi qiymətləndirməyin. Qısa müddətdə hər şey yoluna düşəcək. Əlverişli gününüz çərşənbə axşamı, əlverişsiz gününüz isə cümədir. Şahmat, boks, stolüstü tennis, futbol və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Buğa
Həftə buğalara yeni perspektivlər aça bilər. Bir şeyi seçə bilərsiniz: sakitlik və ya öz səlahiyyətiniz üçün mübarizə. İstədiyinizdən daha çox şey etməli olacaqsınız. Əgər həmkarlarınızın köməyinizə ehtiyacı varsa, imtina etməyin və bununla özünüz üçün yeni perspektivlər açın. Peşman olmadan “köhnə”dən ayrılmalı və qətiyyətlə irəli getmək məsləhətdir. Əlverişli gününüz çərşənbə, əlverişsiz gününüz isə çərşənbə axşamıdır. Güləş, karate, minifutbol, basketbol və futzal idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Əkizlər
Əkizlər üçün həftə qeyri-müəyyən görünür. Xəyallara dərindən qərq olmağa meylli olacaqsınız. Ancaq bu, planlarınızı həyata keçirmək şansını əldən verməyinizə mane olmayacaq. Ancaq qətiyyətli hərəkət etməyə tələsməyin. Bunun üçün əvvəlcə planlar hazırlamağa dəyər. Bədahətən hərəkətləri istisna etmək daha münasib olar. Əlverişli gününüz bazar ertəsi, əlverişsiz gününüz isə şənbədir. Çövkən, güləş, atletika, cüdo, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Xərçəng
Xərçənglərin gözlədiyi həftədir. Bütün yaxşılıqlar qarşınızda olacaq, əsla buna hazırlaşmaq belə lazım deyil. Əksinə, həddindən artıq təlaşla bəxtinizi qorxuda bilərsiniz. Müsbət dəyişikliklərin vaxtı yaxınlaşır. Peşəkar məsuliyyətlərinizin öhdəsindən necə asanlıqla gələcəyinizin fərqinə varmayacaqsınız. Ailəyə və evə mümkün qədər çox diqqət yetirməlisiniz. Əlverişli gününüz çərşənbə, əlverişsiz gününüz isə cümədir. Karate, şahmat, üzgüçülük, və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

Şir
Həftə şirlərin planlarını reallaşdırması üçün çox əlverişli olacaq. Lakin, təmkinli olmalı, tələskənliyə yol verməməlisiniz. Qarşınıza konkret məqsəd qoyun. Rəhbərliklə ciddi söhbətiniz gözləniləndir. Çalışın öz mövqeyinizi müsbət şəkildə müdafiə edəsiniz. Bunu üçün özünüzə inamınız yetərlidir. Əlverişli gününüz bazar ertəsi, əlverişsiz gününüz isə cümədir. Tennis, cüdo, sambo, basketbol, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Qız
Həftə qızlar üçün əlverişli məqamlar vəd edir. Nəhayət, sizi sıxan problemlərin bir çoxu həll olunacaq. Başqalarına qarşı açıq və diqqətli olmalısınız. Rəhbərliklə konstruktiv və əsaslandırılmış söhbətə başlaya bilərsiniz. İşlərin qaydasında gedəcəyindən əmin olun. Əlverişli gününüz çərşənbə, əlverişsiz gününüz isə cümədir. Qılıncoynatma, güləş, velosiped, qaçış, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər qaçılmazdır.

Tərəzi
Tərəzilər üçün qeyri-müəyyən həftə gözlənilir. Əgər karyera yüksəlişi ilə maraqlanırsınızsa, yardım üçün güvəndiyiniz insanlara müraciət etməyiniz mənasızdır. Sakitliyiniz və dincliyiniz işdə yaranan bütün çətin anları yoluna qoyacaq. Hər hansı maliyyə məsələsini həll etmək məsləhət görülmür. Bu, anlaşılmazlıqlara və fikir ayrılıqlarına səbəb ola bilər. Əlverişli gününüz çərşənbə axşamı, əlverişsiz gününüz isə cümə axşamıdır. Həndbol, güləş, basketbol, voleybol, futzal və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Əqrəb
Sirlərlə zəngin həftə əqrəblərin əhvalını yaxşılaşdıracaq. Möcüzələrin həyatınıza daxil olması, ürəyinizcə olacaq. Bunun üçün sizdən artıq heç nə tələb edilməyəcək. Sağlamlığınız tam normada olacaq. Özünüzə qarşı çox enerjili və inamlı olacaqsınız. Buna görə də istənilən işin, hətta ən çətin işin öhdəsindən gələ, rəhbərlikdən mükafat və təriflər qazana bilərsiniz. Əlverişli gününüz çərşənbə axşamı, əlverişsiz gününüz şənbə günüdür. Cüdo, güləş, futbol, üzgüçülük və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Oxatan
Oxatanların maddi durumunu yüksəldəcək həftə başlayır. İntuisiyanız sizə demək olar ki, həll olunmayan problemin açarının harada gizləndiyini bildirməlidir. Əlavə gəlir axtarışına bir həftə sərf edəcək və uğur qazanacaqsınız. Mənfəət gözləyin. Lakin, buna görə sizdə elə də arxayınlıq yaranmasın. Unutmayın ki, taleyin təəccübləndirici məqamları da var. Əlverişli gününüz bazar ertəsi, əlverişsiz gününüz isə cümədir. Atçılıq, otüstü hokkey, qaçış, üzgüçülük, voleybol və güləş növlərində uğurlar gözləniləndir.

Oğlaq
Bu həftə oğlaqlardan təmkinlilik tələb olunacaq. Problemlərlə mübarizə aparmağa çalışmayın. Sadəcə, hər bir işi öz axınına buraxın. Belə bir şəraitdə ən yaxşı qərar məhz, budur. Uzunmüddətli daşınmaz əmlak sövdələşmələri planlaşdırmayın. Həmkarlarınızla danışarkən düzgün başa düşüldüyünüzə əmin olun. Əlverişli gününüz cümə, əlverişsiz gününüz isə cümə axşamıdır. Avarçəkmə, gimnast, sambo və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Dolça
Həftə dolçalar üçün bir qədər cansıxıcı ola bilər. Sosial dairənizi əhəmiyyətli dərəcədə məhdudlaşdırmalı olacaqsınız, əks halda insanlardan yorulacaqsınız. Yalnız ciddi problemlər yaranarsa, işinizə ara verməlisiniz. Həmkarlarınıza o qədər də xoş olmayan şeylər deməli olacaqsınız, bundan qətiyyən çəkinməyin. Çünki bu, yalan danışmaqdan daha yaxşıdır. Əlverişli gününüz cümə axşamı, əlverişsiz gününüz isə çərşənbə axşamıdır. Gimnastika, güləş, stolüstü tennis, cüdo və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Balıqlar
Balıqlar həftəyə dinamik başlayacaq. Çox israrlı və səbirsiz olmasanız, dövr çox uğurlu ola bilər. Gücünüzün artdığını hiss edəcəksiniz, performansınız artacaq, bu vaxtdan maksimum yararlanmağa çalışın. İrəli getmək vacibdir. Əks halda həyatınız darıxdırıcı və durğunluq halına çevriləcək. Əlverişli gününüz bazar ertəsi, əlverişsiz gününüz isə çərşənbədir. Hokkey, stolüstü tennis, voleybol, həndbol və basketbol növlərində hədsiz uğurlar gözlənilir.

İdman.biz