Azərbaycan idmanında son 8 ilin rekordu

Xəbərlər
26 İyun 2024 10:19
128
Azərbaycan idmanında son 8 ilin rekordu

Paris-2024 Yay Olimpiya Oyunları öncəsi Dünya İdman Reytinqi (WSR) açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıda planetin 206 ölkəsi yer alıb.

Azərbaycan cədvəldə 67-cidir. İdmançılarımız 2024-cü ilin arxada qalan hissəsində 6,770 xal toplayıblar.

Ölkəmiz ötən illə müqayisədə 5 pillə irəliləyib. 2023-cü ilin yekununda Azərbaycan 72-ci olub.

Ümumiyyətlə, indiki 67-ci yer son 8 ilin ən yüksək nəticəsidir. 2016-cı ildə dünyada 50-ci olan Azərbaycan sonrakı illərdə belə yüksək mövqedə yer almayıb. Səkkiz il əvvəlki uğur isə Rio-2016-da əldə olunan nailiyyətlər sayəsində reallaşıb.

Qeyd edək ki, reytinqə ABŞ başçılıq edir - 138,339. Norveç 110,640 xalla ikinci, İtaliya 108,344 xalla üçüncüdür.

İdman.biz

Məqalədə: