"Asiya uşaqları"nın açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
27 İyun 2024 00:33
172
"Asiya uşaqları"nın açılış mərasimi keçirilib - FOTO

Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, "Tuymaada" stadionunda keçirilən mərasimdə əvvəlcə iştirakçı ölkələrin bayraqları idmançılar tərəfindən nümayiş olunub.

Daha sonra Rusiyanın idman naziri Mixail Deqtyarev iştirakçı ölkələri Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından salamlayıb.

Mərasimdə “Asiya uşaqları” Beynəlxalq İdman Oyunları hakimlərinin iştirakı ilə parad keçirilib. "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının məşəli alovlandırıldıqdan sonra tədbir bədii hissə ilə davam edib.

Yarışa iyulun 6-da yekun vurulacaq. Azərbaycan bu yarışda 16 idman növü üzrə 80 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, açılışdan öncə oyunların atletlər kəndində Azərbaycan milli komandasının şərəfinə Dövlət Himnimiz səsləndirilib və Azərbaycanın bayrağı qaldırılıb.

İdman.biz