Bolqarıstanda 8 medal - FOTO

Xəbərlər
27 İyun 2024 12:39
61
Bolqarıstanda 8 medal - FOTO

Bolqarıstanın Kranevo bölgəsində savatın assault növü üzrə gənclər arasında Avropa çempionatı və yeniyetmələr arasında Avropa kuboku turniri keçirilib.

İdman.biz xəbər verir ki, gənc idmançılarımızdan Məhəmməd Məhəmmədli (48 kq) qızıl, Yasin İbrahimov (52 kq), Ələkbər Xanməmmədov (56 kq) və Nihat Quliyev (60 kq) gümüş, Məhəmməd Süleymanov (85 kq) bürünc medal qazanıblar.

Yeniyetmələrin Avropa kubokunda isə İbrahim İbrahimli (40 kq), Məhərəm Əliyev (52 kq) və Ümid Zeynalov (56 kq) gümüş medal qazanıblar.

İdman.biz