Azərbaycan tarixində ən böyük yarış - 14 şəhər, 22 növ

Xəbərlər
2 İyul 2024 12:59
627
Azərbaycan tarixində ən böyük yarış - 14 şəhər, 22 növ

Gələn il Azərbaycanda keçiriləcək III MDB Oyunlarını qəbul edəcək şəhərlər və yarışın proqramındakı idman növlərinin sayı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov açıqlayıb.

O, “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, MDB Oyunları 14 şəhərdə təşkil olunacaq: “Yarış ölkəmizin 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda təşkil ediləcək. III MDB Oyunları coğrafiyasına və növlərin sayına görə ölkəmizdə keçiriləcək ən böyük yarış olacaq”.

Nazir qeyd edib ki, belə böyükmiqyaslı multi-idman tədbirinin hazırlığına indidən start verilib: “MDB Oyunlarına hazırlıq işlərimiz davam edir. Artıq işçi qrup Oyunların yüksək səviyyədə təşkili üçün fəaliyyətə başlayıb”.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə keçiriləcək.

İdman.biz

Məqalədə: