Yeni reytinq: Hidayət Heydərov 2-ci pilləyə yüksəlib

Xəbərlər
2 İyul 2024 19:44
768
Yeni reytinq: Hidayət Heydərov 2-ci pilləyə yüksəlib

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, iyul üçün müəyyənləşən siyahının ilk "üçlüy"ündə dəyişiklik olub.

Cədvəldə yenə bədii gimnastika üzrə qrup hərəkətləri komandası liderlik edir. Onların hesabında 510 xalı var. Dünya çempionu olan cüdoçu Hidayət Heydərov (450 xal) ikinci yerə yüksəlib. O, Nikita Simonovu (430 xal) qabaqlayıb. Bədii gimnast Zöhrə Ağamirova (340 xal) "üçlüy"ü tərk edib.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

İdman.biz