Fərid Qayıbov uğur qazanan idmançılarla görüşüb - FOTO

Xəbərlər
2 İyul 2024 20:12
118
Fərid Qayıbov uğur qazanan idmançılarla görüşüb - FOTO

İyulun 2-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

İdman.biz xəbər verir ki, görüş Milli Gimnastika Arenasında təşkil edilib.

Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

Ağırlıqqaldırma, atletika, boks, cüdo, kamandan oxatma, akademik avarçəkmə, sahil avarçəkməsi, kayak, kanoe, kapoeyra, qılıncoynatma, qol güləşi, qrapplinq və qrapplinq qi, pouerliftinq, paraüzgüçülük, sambo, savat, şotokan karate-do idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.

İdman.biz