Fərid Qayıbov BOK üzvü ilə gələcək perspektivləri müzakirə edib - FOTO

Xəbərlər
3 İyul 2024 17:25
136
Fərid Qayıbov BOK üzvü ilə gələcək perspektivləri müzakirə edib - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü, Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti Odette Assembe Engoulounu qəbul edib.

İdman.biz xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Engoulou səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

İdman.biz

Məqalədə: