İdman qurğuları müsabiqəsində Azərbaycanın iki idman kompleksi fərqlənib - FOTO

Xəbərlər
6 İyul 2024 13:49
175
İdman qurğuları müsabiqəsində Azərbaycanın iki idman kompleksi fərqlənib - FOTO

Rusiyanın İdman Nazirliyi, Rusiya Olimpiya Komitəsi və Rusiya İdman Qurğuları Assosiasiyası tərəfindən təşkil edilən ən yaxşı idman qurğuları müsabiqəsində Azərbaycanın iki idman kompleksi fərqlənib.

İdman.biz xəbər verir ki, müsabiqənin “Ən möhtəşəm idman qurğusu” nominasiyasında Milli Gimnastika Arenası ikinci yerə layiq görülüb.

Heydər Əliyev adına İdman-Konsert Kompleksi isə Təşkilat Komitəsinin xüsusi seçilən obyekti olub.

Münsiflər heyətində Azərbaycanı həmyerlimiz, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Fikrət Hüseynov təmsil edib.

Qeyd edək ki, müsabiqədə Rusiya ilə yanaşı, 4 ölkənin - Azərbaycan, Özbəkistan, Belarus və Ermənistan idman qurğuları da yarışıblar.

İdman.biz