İdman bürcü - Astroloji PROQNOZ: 15-21 iyul

Təxminlər
14 İyul 2024 11:38
1 145
İdman bürcü - Astroloji PROQNOZ: 15-21 iyul

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə Qoçların işgüzar fəaliyyətində və karyerasında irəliləməsi gözlənilir. İş yerinizdə və ya gündəlik fəaliyyətinizdə istədiyiniz kimi nəyisə dəyişə bilərsiniz. Bu, gəlirinizə müsbət təsir edəcək. Dəyişiklikdən qorxmamalısınız, bu sizin üçün yeni imkanlar açacaq. Çərşənbə günü diqqətli olun - uzun müddət gözlədiyiniz şansı əldən verməyin. Həftə ərzində insanlarla aktiv şəkildə ünsiyyət qurmağa çalışın, yeni tanışlıqlar faydalı olacaq. Səhhətinizlə bağlı problem yaşamayacaqsınız. Stolüstü tennis, hokkey, voleybol, həndbol və basketbol növlərində hədsiz uğurlar gözlənilir.

Buğa
Buğalar həftənin əvvəlində cari işləri yerinə yetirərkən fəsadlarla qarşılaşa bilər. Gündəlik məişət məsələlərinin həlli zamanı fəal şəkildə müdaxilələr olacaq. Səhhətiniz pisləşə və ya hüquq-mühafizə orqanlarının əməkdaşları ilə problemlər yarana bilər. Odur ki, hər bir addımınızı atmamışdan əvvəl düşünün. Hisslərinizlə hərəkət etməyin. Vaxtında istirahət edin və əsəblərinizin müalicəsinə vaxt ayırın. Eviniz üçün alış-veriş etməyi planlaşdırırsınızsa, bunu həftə sonuna saxlayın. Tanımadığınız insanlarla təmasdan bacardıqca yayının. Futbol, cüdo, güləş, üzgüçülük və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Əkizlər
Bu həftə Əkizlərin problem və çətinliklərlə üzləşməsi ehtimalı var. Ona görə də ilk növbədə sağlamlığınıza fikir verin. Bu günlərdə həm ofisdə, həm də evdə görəcəyiniz çox iş var. Bütün bunlar fiziki yüklənməyə və emosional stressə səbəb ola bilər. Bu yükü istirahət edərək, aradan qaldırmağa çalışın. Cümə axşamı son dərəcə ziddiyyətli məlumatlar ala bilərsiniz. Haqlı olduğunuza əmin olana qədər tələsik qərarlar verməyin. Təmkininizi qoruyun və münaqişələrdən çəkinin. Maddi durumunuzda ciddi dəyişikliklər görünmür. Qaçış, qılıncoynatma, güləş, avarçəkmə, atıcılıq və velosiped idmanında nailiyyətlər qaçılmazdır.

Xərçəng
Xərçənglər bu həftə maliyyə baxımından problemlərlə üzləşə bilər. Pul qazanmaq üçün böyük səylər göstərməyinizin nəticəsiz qalması ehtimalı böyükdür. Həftənin əvvəlində avtomobilinizin və ya hər hansı məişət texnikasının sıradan çıxması ehtimalı var. Özünüzə inamınız sarsıla bilər, amma səbirli olun və ətrafınızda müsbət şeylər tapmağa çalışın. Bunlar sizi o qədər də ruhdan salmamalıdır. Aramla hərəkətə davam edin. Cümə günü sizi böyük işlərə ruhlandıracaq xəbərlər alacaqsınız. Həftə ərzində yol hərəkəti qaydalarına riayət etməyə xüsusi diqqət yetirin. Güləş, boks, şahmat, üzgüçülük və karate idman növlərində bol-bol uğurlar vəd edilir.

Şir
Şirlər üçün bu həftə qıcıqlandırıcı məqamlarla zəngin olacaq. Aqressiv insanlarla münasibətdə diqqətli olun, yollarda sürücülərin təxribatlarına reaksiya verməyin. Qonşular və həmkarlarınızla mübahisə etməkdən çəkinin. Sinir sisteminizə xüsusi diqqət yetirin, əks halda stress rifahınıza mənfi təsir göstərəcək. Çərşənbə axşamı bacardıqca səhhətinizə diqqət edin. Lakin bütün bunlara baxmayaraq, maddi baxımdan az miqdarda da olsa, irəliləyişlər gözləniləndir. Boks, futbol, cüdo, şahmat, stolüstü tennislə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Qız
Qızlar bu həftə iş və şəxsi həyat arasında qalmaq məcburiyyətində olacaqlar. Hər iki mövzu sizin üçün çox vacibdir, lakin ailənizə daha çox vaxt ayırmağınız məsləhət görülür. Vaxtınızı optimal balansı qoruyacaq şəkildə bölüşdürməyə çalışın. Enerjinizi cəmləmək və düzgün istiqamətə yönəltmək bacarığı bu və digər problemləri həll etməyə kömək edəcək. Yaranmış durumun tez və asan həll yollarına ümid etməyin. Bu, yüksək fədakarlıq və özünəinam hissi ilə həllini tapacaq. Lakin sağlamlığınıza qarşı diqqətli olun, vaxtında istirahət edin. Gimnastika, güləş, cüdo, stolüstü tennis və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Tərəzi
Bu həftə Tərəzilər maliyyə məsələlərinin həllində uğur qazanacaqlar. Çoxdan arzuladığınız bahalı əşyanı almaq imkanı əldə edəcəksiniz. Həftənin ortasında insanlar arasında sizə böyük tələbat olacaq. İnsanlarla həddən artıq ünsiyyətə sövq ediləcəksiniz. Cümə və həftə sonları işgüzar səfərlər üçün əlverişli günlərdir. Həftəni evdə keçirəcəyiniz halda, ailədaxili münasibətləri yenidən tənzimləmək üçün vaxt ayırın. Ətrafınızdakı məkanda nələrisə kökündən dəyişməyə çalışın. Səhhətinizlə bağlı heç bir problem yaşamayacaqsınız. Sambo, gimnastika, avarçəkmə və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Əqrəb
Əqrəblər bu həftə daha yüksək tempdə işləməli olacaqlar. Bu, əsasən, həyətyanı sahələrdə özünü büruzə verəcək. Həftənin əvvəli həddindən artıq yüklənmə ilə əlaqədar səhhətinizdə gərginlik hiss edə bilərsiniz. Odur ki, fiziki yorğunluğunuzu azaltmaq məqsədilə gündəlik işinizi mərhələli şəkildə görməli və istirahətinizə vaxt ayırmalısınız. Həftəsonu uzun müddətdən bəri bəyəndiyiniz insanı heyran etmək imkanınız olacaq - bunun üçün zəkanızı və yumor hissini nümayiş etdirməlisiniz. Çövkən, güləş, atletika, avarçəkmə, atıcılıq və cüdo növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Oxatan
Oxatanlar bu həftə uğurlu nəticələrə imza atacaqlar. Bu, həftənin əvvəlində xüsusilə özünü göstərəcək. Praktiki məsələlərin həllində heç bir çətinlik çəkməyəcəksiniz. Sosial və peşəkar statusunuzun yaxşılaşması gözləniləndir. Sizə daha yüksək vəzifə təklif olunacaq ki, bu da maaşınızın daha çox yüksəlməsinə rəvac verəcək. Ancaq razılaşmadan əvvəl diqqətlə düşünməli və ailə üzvlərinin də dəstəyinə güvənməlisiniz. Nüfuzlu insanlarla münasibətləriniz uğurla inkişaf edəcək. Həftənin sonunda yaxın qohumlarla münasibət mövzusu narahatlıq yaradacaq. Çalışın təmkininizi pozmayasınız. Karate, minifutbol, futzal, basketbol və güləş idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Oğlaq
Oğlaqlara bu həftə özünü inkişaf etdirmək və şəxsi inkişaflarına xüsusi diqqət yetirmək tövsiyə edilir. Strateji planlar və məqsədlər haqqında ciddi düşünməyin vaxtı çatıb. Məsələn, əgər siz uzun müddətdən bəri xarici dili daha dərindən mənimsəmək barədə düşünürsünüzsə, indi buna başlamaq üçün əlverişli zamandır. Həftəsonu ciddi iş danışıqlarından yayının. Təmkinli və səbirli olmağa çalışın. Səhhətinizə qarşı diqqətli olun. Təbiətlə ünsiyyət əhvalınızı yüksəldəcək. Otüstü hokkey, üzgüçülük, atçılıq, voleybol və qaçış növlərində uğurlar gözləniləndir.

Dolça
Bu həftə Dolçalar daha ehtiyatlı olmalıdırlar. Uzun səfərlərdən çəkinmək məsləhət görülür. Yolda müxtəlif gözlənilməz hallar yarana bilər. Həm də bu günlərdə nəyisə öyrənmək üçün yaxşı vaxt deyil. Diqqətinizi cəmləməyiniz tövsiyə edilir. Çətinliklər davam etsə də, cümə axşamından etibarən hər şey qaydasına düşəcək. Hadisələrin gedişatını qabaqcadan təxmin edə və ən xırda detallarla işlənmiş geniş planlar qura biləcəksiniz. Planlaşdırmada dostlarınız mühüm rol oynayacaq. Məsləhətlərə qulaq asmaqdan qorxmayın. Basketbol, futzal, həndbol, güləş, voleybol və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Balıqlar
Həftə Balıqlar üçün çox məhsuldar olacaq. Lakin, yalnız özünüzə güvənməlisiz. Hər şeyin öhdəsindən gələ biləcəksiniz və hər şey üçün kifayət qədər enerjiniz olacaq. Çalışın diqqətinizi karyeranıza və işinizə yönəldin. Köhnə həmkarlarınız və dostlarınızla ünsiyyət qurmaq və təcrübə qazanmaq üçün vaxt ayırın. Çərşənbə-cümə axşamı təsadüfi tanışlığın müsbət olma ehtimalı yüksəkdir. Lakin şənbəyə doğru, müvəqqəti müflis olma riskiniz var. Odur ki, indidən qənaət etməyə başlayın. Cüdo, sambo, basketbol, həndbol, tennis və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

İdman.biz