Tələbələrimiz 1/4 finalda

Xəbərlər
14 İyul 2024 17:26
350
Tələbələrimiz 1/4 finalda

Macarıstanın Debretsen şəhərində tələbələr arasında keçirilən 5-ci Avropa Universitet Oyunları davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan İdman Akademiyasının futzal komandası 1/4 finala yüksəlib.

Futzalçılarımız qrup mərhələsində Macarıstan, Almaniya və Polşanı məğlub edərək, pley-offa vəsiqə qazanıb. Komandamızın rəqibinin adına digər qruplarda keçiriləcək oyunlardan sonra aydınlıq gələcək.

Qeyd edək ki, Azərbaycan şahmatçıları Oyunlarda 1 qızıl və 1 gümüş medal qazanıblar.

İdman.biz