Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, iyulun 15-21-də paytaxtda 5 idman növü üzrə yarışlar keçiriləcək.
- Sambo üzrə əməkdar məşqçi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş ölkə kuboku (yeniyetmələr, gənclər, kişilər) – 12-15 iyul (Bakı);
- Kapoeyra üzrə nümunəvi çıxışlar - 16 iyul, saat 16:30 (Nizami rayonu, Rüstəm Rüstəmov 35,37, Abad məhəllə);
- Velosipedin MTB növü üzrə "Gross country" ölkə çempionatı (bütün kateqoriyalar) – 19 iyul (Bakı);
- Gənclər və İdman Nazirliyinin 30 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi karate fudokan üslubu üzrə Xəzər rayon turniri - 20 iyul, saat 10:00 (Hövsan Olimpiya İdman Kompleksi);
- Kunq-fu üzrə kadetlər, yeniyetmələr, gənclər, böyüklər arasında Azərbaycan kəməri – 20-21 iyul (Bakı).
İdman.biz