Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
15 İyul 2024 11:22
383
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, iyulun 5-21-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə “İdman hamı üçün” layihəsi çərçivəsində ustad dərsləri – 15 iyul, saat 10:30 (Sumqayıt şəhər “Alüminiumçu” İdman Evi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş taekvondo üzrə “İdman hamı üçün” layihəsi çərçivəsində ustad dərsləri – 17 iyul, saat 9:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə “Sağlam həyat” layihəsi çərçivəsində ustad dərsləri – 17 iyul, saat 10:00 (Abşeron rayon Fatmayi kəndi “Fatmayi İdman Klubu”);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə “İdman hamı üçün” layihəsi çərçivəsində ustad dərsləri – 18 iyul, saat 10:00 (Xızı rayon, Giləzi qəsəbəsi, UGİŞM-in idman zalı);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş cüdo üzrə “İdman hamı üçün” layihəsi çərçivəsində ustad dərsləri – 19 iyul, saat 10:00 (Xızı rayon, Giləzi qəsəbəsi, dəniz kənarı çimərlik);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş üzgüçülük üzrə “İdman hamı üçün” layihəsi çərçivəsində ustad dərsləri – 19 iyul, saat 15:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş şahmat üzrə tempo turniri – 20 iyul, saat 10:30 (“Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş nərd üzrə Şamaxı rayon turniri - 15 iyul, saat 11:00 (Şamaxı rayonu, Nəsimi parkı);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olumuş minifutbol üzrə İsmayılllı rayon turniri - 15-25 iyul, saat 18:00 (İsmayıllı şəhər H.Əliyev adına park);
- "İdman hamı üçün" layihəsi çərçivəsində minifutbol üzrə ustad dərsləri - 16 iyul, saat 10:00 (Qobustan Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə ustad dərsləri - 17 iyul, saat 11:00 (Ağsu Olimpiya İdman Kompleksi);
- Vətən müharibəsi şəhidləri Orxan Lətifli, Elnur Qədirli və Tural Şıxızadənin xatirəsinə həsr olunmuş 2013-2015-ci il təvəllüdlü kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə açıq rayon turniri - 17-18 iyul, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş ağırlıqqaldırma üzrə Qobustan rayon turniri - 19 iyul, saat 11:00 ("Ağırlıqqaldırma" idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə ustad dərsləri - 19 iyul, saat 15:00 (Şamaxı şəhər stadionu).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin sakinləri üçün minifutbol oyunlarının təşkili - 15 iyul, saat 11:00 (Yeni Gəncə futbol meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar - 15 iyul, saat 16:00 (Naftalan şəhəri, Qələbə Parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində uşu üzrə nümunəvi çıxışlar - 15 iyul, saat 10:00 (Gəncə şəhər Heydər Əliyev Park Kompleksi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş minifutbol üzrə Goranboy kubokunun 1/2 oyunları - 15-18 iyul, saat 20:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kikboksinq üzrə nümunəvi çıxışlar - 15 iyul, saat 10:00 (Bayraq Meydanı, Park Bulvar);
- "İdman hamı üçün" layihəsi çərçivəsində ağırlıqqaldırma üzrə ustad dərsləri - 17 iyul, saat 10:00 (Samux rayon “Bəhrə” idman klubu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 17 iyul, saat 16:00 (Naftalan UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Gimnastika hamı üçün" idman tədbiri - 18 iyul, saat 16:00 (Naftalan UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində atletika üzrə nümunəvi çıxışlar - 19 iyul, saat 10:30 (Goranboy Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 19 iyul, saat 16:00 (Naftalan UGİM).

Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Nərd üzrə rayon birinciliyi – 18 iyul, saat 11:00 (Füzuli rayonu, Horadiz şəhəri).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi gününə həsr olunmuş karate üzrə Ağstafa rayon birinciliyi - 16 iyul, saat 10:00 (Ağstafa şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkı);
- Şəhid Abbasov Fərrux Azər oğlunun xatirəsinə həsr olunmuş qol güləşi üzrə yeniyetmə və gənclər arasında Ağstafa rayon birinciliyi - 16 iyul, saat 11:00 (Səməd Vurğun adına mədəniyyət və istirahət parkı);
- Boks üzrə nümunəvi çıxışlar - 16 iyul, saat 19:00 (Şəmkir Idman zalı);
- Ciu-citsu üzrə nümunəvi çıxışlar - 17 iyul, saat 19:00 (Şəmkir rayon Çinarlı qəsəbə idman zalı);
- Atletika idman növü üzrə nümunəvi çıxışlar - 18 iyul, saat 10:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- Uşaqlar arasında "Şən startlar" əyləncəli idman yarışı - 19 iyul, saat 10:00 (Gədəbəy şəhər 12 saylı körpələr evi-uşaq bağçası);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş dama üzrə turnir - 19 iyul, saat 10:00 (Qazax Gənclər Evi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş futbol üzrə nümunəvi çıxışlar - 20 iyul, saat 10:00 (Qazax şəhər stadionu).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- 26 iyul - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş 2011, 2012, 2013-cü il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə Siyəzən rayon birinciliyinin yarımfinal və final oyunları - 15-16 iyul, saat 9:00 (Siyəzən şəhər stadionu);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş 2012, 2013 və 2014-cü il təvəllüdlü yeniyetmələr arasında minifutbol üzrə Şabran rayon birinciliyi - 15-19 iyul, saat 9:00 (Şabran rayonu, Bayraq Meydanında yerləşən süni örtüklü futbol meydançası);
- İdarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə Xaçmaz rayon turnirinin pley-off mərhələsi - 15-21 iyul, saat 18:00 (Xaçmaz rayonu, minifutbol meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə kütləvi idman tədbiri - 16 iyul, saat 11:00 (Xaçmaz rayonu, boks idman zalı);
- Kamandan oxatma üzrə açıq havada ölkə birinciliyi və çempionatı – 18-20 iyul (Quba);
- Şahmat üzrə Qusar rayon birinciliyi - 19 iyul, saat 11:00 (Qusar rayonu, Simurq Kulturologiya Mərkəzi);
- 26 iyul - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş 2009, 2010, 2011-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə Siyəzən rayon birinciliyi - 19-20 iyul, saat 10:00 (Siyəzən şəhər stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə kütləvi idman tədbiri - 19 iyul, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi);
- “Quba - İdman Paytaxtı 2024” çərçivəsində qadınlar arasında 3x3 basketbol üzrə dünya seriyasının “Quba” mərhələsi - 20-21 iyul, saat 16:00 (Quba Olimpiya İdman Kompleksi);
- Gənclər arasında futzal üzrə Qusar rayon birinciliyi - 20 iyul, saat 18:30 (Qusar Olimpiya İdman Kompleksi).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş minifutbol üzrə idarə, müəssisə təşkilatlar arasında rayon turniri - 15-28 iyul, saat 18:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş stolüstü tennis üzrə rayon turniri - 17 iyul, saat 17:00 (Masallı rayonu, Stolüstü Tennis Federasiyasının Masallı rayon filialı);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təsis edilməsinin 30 illiyinə həsr olunmuş voleybol üzrə Astara rayon açıq turniri - 18-28 iyul (Astara rayonu, "Ümid" İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyi ilə əlaqədar futzal üzrə rayon turnirinin 1/8 oyunları - 18 iyul, saat 17:00 (Yardımlı Olimpiya İdman Kompleksi);
- Fiziki imkanları məhdud olan şəxslər arasında “Gimnastika hamı üçün” adlı idman tədbiri – 18 iyul, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- Güllə atıcılığı üzrə turnir - 19 iyul, saat 11:00 (Yardımlı Olimpiya İdman Kompleksi);
- Asudə vaxtın səmərəli təşkili məqsədilə idman intellektual oyunu - 19 iyul, saat 12:00 (Hacıqabul rayonu, Talış kənd tam orta məktəbin idman zalı);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 30 illiyinə həsr olunmuş full kontakt kyokuşin karate üzrə Lənkəran-Astara regionlarının açıq turniri - 20-21 iyul, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində kikboksinq üzrə ustad dərsi - 20 iyul, saat 12:00 (Hacıqabul şəhər Kikboksinq idman zalı);
- Müəllimlər arasında şahmat turniri - 20 iyul, saat 15:00 (Lerik rayon istirahət parkı);
- Vətən müharibəsi şəhidi Samir Allahverdiyevin doğum gününə həsr olunmuş minifutbol üzrə Lənkəran-Astara regionlarının açıq turniri - 20-30 iyul, saat 20:00 (Lənkəran rayon, Ürgə minifutbol stadionu).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Futbol üzrə nümunəvi çıxışlar - 15 iyul saat 10:00 (Yevlax rayonu, Karvan stadionu);
- Üzgüçülük üzrə nümunəvi çıxışlar - 16 iyul, saat 10:00 (Kürdəmir Olimpiya İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş şahmat üzrə Mingəçevir şəhər birinciliyi - 17-18 iyul, saat 10:00 (Mingəçevir şəhər Şahmat məktəbi);
- Üzgüçülük üzrə Göyçay rayon birinciliyi - 18 iyul, saat 10:00 (Göyçay Olimpiya İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi münasibətilə sərbəst güləş üzrə nümunəvi çıxışlar - 18 iyul, saat 10:00 (Zərdab rayonu, bölmənin idman zalı);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş üzgüçülük üzrə nümunəvi çıxışlar - 19 iyul, saat 10:00 (Ağdaş Olimpiya İdman Kompleksi).

Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Sərbəst güləş üzrə yeniyetmələr arasında Saatlı rayon turniri - 15 iyul, saat 12:00 (Saatlı rayon UGİŞM);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30-cu ildönümünə həsr edilmiş cüdo üzrə yeniyetmə və gənclər arasında Sabirabad rayon turniri - 18 iyul, saat 16:00 (Sabirabad şəhər Cüdo təlim mərkəzi);
- Yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə Beyləqan rayon turniri - 19 iyul, saat 10:00 (Beyləqan Olimpiya İdman Kompleksi);
- Kikboksinq üzrə kadetlər, yeniyetmələr və gənclər arasında İmişli açıq rayon turniri - 20-21 iyul (İmişli Olimpiya İdman Kompleksi).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr edilmiş azyaşlılar arasında "Sağlam həyat" layihəsi - 15 iyul, saat 11:00 (Qax şəhər stadionu);
- Yeniyetmələr arasında basketbol üzrə rayon birinciliyi - 17 iyul, saat 11:00 (Zaqatala rayonu şəhər 1 saylı tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində yeniyetmələr arasında sərbəst güləş üzrə nümunəvi çıxışlar - 20 iyul, saat 10:00 (Balakən rayonu Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr edilmiş yeniyetmə və gənclər arasında üzgüçülük üzrə rayon birinciliyi - 24 iyul, saat 16:00 (Oğuz Olimpiya İdman Kompleksi).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- “Sağlam həyat” günləri layihəsi çərçivəsində atletika idman növünün qaçış, turnikdə dartınma, döşəməyə dayaqlı vəziyyətdə qolların bükülüb açılması və uzunluğa tullanma növləri üzrə yarış - 15 iyul, saat 9:00 (Salyan Olimpiya İdman Kompleksi);
- Boks üzrə nümunəvi çıxışlar - 16 iyul, saat 9:00 (Biləsuvar Şəhər Mərkəzi Parkı);
- “Sağlam həyat” günləri layihəsi çərçivəsində 6 yaş və daha kiçik uşaqlar üçün atletika və gimnastika idman növləri üzrə yarış - 16 iyul, saat 10:00 (Salyan rayonu, “Planet” uşaq bağçası);
- Yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar – 16 iyul, saat 18:00 (Neftçala rayonu Bankə qəsəbəsi);
- Üzgüçülük üzrə ustad dərsləri - 17 iyul, saat 11:00 (Salyan Olimpiya İdman Kompleksi);
- Futbol üzrə ustad dərsləri - 18 iyul, saat 10:00 (Biləsuvar Şəhər Mərkəzi Stadionu);
- 26 iyul – Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümü ilə əlaqədar yeniyetmə və gənclər arasında ağırlıqqaldırma üzrə Neftçala rayon birinciliyi – 18-19 iyul, saat 10:00 (Neftçala Olimpiya İdman Kompleksi).

İdman.biz

Məqalədə: