Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.
İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
Qoç
Qoçların bu həftə səbrə çox ehtiyacı olacaq. Özünüzü sakitləşdirməyə çalışın, emosiyalarınızı cilovlayın və enerjinizi düzgün istiqamətə yönəldin. Pulunuzu sərfəli şəkildə idarə etmək məsləhətdir, maliyyə sektorunda dəyişikliklər mümkündür; çərşənbə və cümə axşamı yeni nəsə öyrənməkdən və həmfikirlərlə ünsiyyətdən qorxmayın. Ancaq həftə sonu boş vaxtınızı lazımsız söhbətlərə sərf etməyin və diqqətinizi fəaliyyətə yönəldin. Belə olan halda planlarınızı həyata keçirə biləcəksiniz. Gözəllik və ya masaj salonuna baş çəkməyiniz çox faydalı olacaq. Avarçəkmə, atıcılıq, qaçış, qılıncoynatma, güləş və velosiped idmanında nailiyyətlər qaçılmazdır.
Buğa
Bu həftə Buğaları qeyri-müəyyən hadisələr gözləyir. Əgər həftənin əvvəlində hər şey sizin üçün pis gedirsə, ümidsiz olmayın, başqa işə keçin və indiki problemləriniz tədricən öz həllini tapacaq. Diqqətinizi işinizə cəmləyin, eyni zamanda çox yük götürməyin. Hətta ən çətin həmkarlarınızla da qarşılıqlı anlaşma əldə edə bilərsiniz. Həftə sonları ailənizə və uşaqlarınıza daha çox vaxt ayırın. Şəhərdən kənara və ya parka səyahət sizi sevindirəcək. Gələcək nailiyyətlər üçün müvafiq imkanlar açılacaq. Karate, güləş, boks, şahmat və üzgüçülük idman növlərində bol-bol uğurlar vəd edilir.
Əkizlər
Əkizlər vəziyyətə fərqli bucaqlardan baxmağı öyrənmək üçün həftəyə öz prinsiplərini və həyat dəyərlərini yenidən düşünməklə başlamalıdırlar. Nəticə sizi sevindirəcək və ağlınıza gələn bütün gözəl ideyaları arxa plana keçirmədən reallaşdıra bilərsiniz. Müdriklik və məlumatlılıq indi sizə lazım olan ən vacib şeydir. İntuisiyanıza qulaq asın. Həftənin ortasında özünüzü maarifləndirin, sizə ən yaxın olan sahədə biliklər əldə edin - ixtiraçılıq və hazırcavablığınız bundan maksimum yararlanmağa kömək edəcək. Gimnastika, avarçəkmə, sambo və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.
Xərçəng
Həftənin əvvəlində Xərçənglər ən cəsarətli ideyalarını reallaşdıra bilərlər. Bu barədə planlaşdırmaya və düşünməyə ehtiyac yoxdur, sadəcə işə başlayın. Mümkün olduqca, işinizə həmkarlarınızı cəlb edin. Həftənin ortalarından etibarən aktivlik enəcək, lakin intellektual fəaliyyət üçün son dərəcə əlverişli dövr başlayacaq. Tədqiqat işləri əhəmiyyətli nəticələr verə bilər. Əsas odur ki, istirahət etmək və təbiətdə daha çox vaxt keçirmək məsləhətdir. Əks halda gərgin zehni iş əsəb və fiziki tükənməyə səbəb ola bilər. Üzgüçülük, futbol, cüdo, güləş və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.
Şir
Bu həftə Şirlərin uğurları və populyarlığı heyranlığa səbəb olacaq və diqqətdən kənarda qalmayacaq. Çətin vəziyyətə düşsəniz, etdiyiniz səhvlərdən yayınmaq üçün tələsik qərarlar verməyin. İndi heç bir şey sizi nəzərdə tutduğunuz plandan yayındırmamalıdır. Bu, ciddi problemlərin öhdəsindən gəlməyin yeganə yoludur. Fikirlərinizi nə yaxın, nə də uzaq ətrafınızla paylaşmamalısınız. Hazırda lazımsız şərhlərə və məsləhətlərə ehtiyacınız yoxdur. Çox güman ki, həftə sonu istirahət edə bilməyəcəksiniz. Ona görə də enerji ehtiyatlarınızı saxlamaq üçün yükü bölüşdürməyə çalışın və kifayət qədər yuxu almağı unutmayın. Voleybol, stolüstü tennis, hokkey, həndbol və basketbol növlərində hədsiz uğurlar gözlənilir.
Qız
Bu həftə Qızlar üçün son dəqiqəyə qədər təxirə saldığı suallar ön plana çıxa bilər. Vəziyyət təcili qərarlar və güzəştə getmək bacarığı tələb edəcək. Həm evdə, həm də işdə güzəştə getməlisiniz, əks halda münaqişə qaçılmazdır. Rəhbərinizlə münasibət qurmaqdan çəkinin, böyük ehtimal, bu, mübahisəyə çevrilə bilər. Ailənizlə, sevdiyiniz insanla daha çox vaxt keçirin, gəzintiyə çıxın. Çalışın, özünüzdə müsbət emosiyalar yaradasınız. Səhhətinizlə bağlı kiçik problemlər gözlənilir. Atletika, avarçəkmə, atıcılıq, çövkən, güləş və cüdo növləri ilə məşğul olanlar üçün şanslı həftədir.
Tərəzi
Tərəzilər bu həftə çox çalışmalı olacaqlar. Ona görə də gücünüzü artıracaq şeyləri etmək tövsiyə edilir. Həftənin ikinci yarısında xüsusilə diqqətli olmalısınız. Çünki bu günlərdə itirilənlər heç vaxt həyatınıza qayıtmayacaq. Bu, təkcə avtomobil açarlarına və ya pula deyil, həm də daha vacib şeylərə - dostluğa, sevgiyə, nüfuzunuza aiddir. Həyatınızda xoşlamadığınız bir insan varsa, onlarla ünsiyyəti dayandırmağın vaxtıdır. Yaxşı olar ki, istirahəti tək keçirəsiniz. Bədxərcliyə yol verməyin. Həndbol, voleybol, basketbol, futzal, güləş və atıcılıq idman növlərində uğurlar vəd olunur.
Əqrəb
Əqrəblər bu həftə bir çox çətinlikləri dəf edəcək. Yeni enerji ilə yeni layihələrə başlamaq üçün yaxşı vaxtdır. Həftə sonu yaxınlaşdıqca, öz hesabınıza bir neçə gün ayırın və səyahətə çıxın. Kurorta getməyinizə ehtiyac yoxdur, başqa şəhərdən olan dostlarınızı ziyarət edə bilərsiniz. Tətillə yanaşı, məqsəd və arzularınızı da yenidən nəzərdən keçirin. Bacardığınız qədər təmiz havada gəzin. Yaxınlarınızla münasibətdə son dərəcə səmimi olmağa çalışın. Stolüstü tennis, boks, futbol, cüdo və şahmatla məşğul olanlar üçün uğurlar qaçılmazdır.
Oxatan
İnsanlarla tez-tez ünsiyyətdə olan Oxatanlar bu həftə hədiyyələrdən maksimum istifadə etməlidirlər. Başqalarına təsir etmək və onları xeyrinizə lazımi qərarlar verməyə məcbur etmək daha asan olacaq. Lakin uğurların sizi tərk etməməsi üçün başqalarının şüurunu öz xeyriniz üçün manipulyasiya etməməlisiniz. Ətrafınızdakı hər kəsə kömək edin və başqalarının problemləri ilə qidalanmayın. Cümə axşamından etibarən yeni tanışlıqlar, biznesin inkişafı və alış-veriş üçün əlverişli olacaq. Səhhətinizlə bağlı ciddi dəyişiklik gözlənilmir. Basketbol, cüdo, sambo, tennis, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.
Oğlaq
Bu həftə Oğlaqlar üçün nisbətən əlverişli görünür. Soyuqqanlılıq nümayiş etdirəcəyiniz halda daha çox qazanmaq şansınız qaçılmazdır. Ofisdə iş yükünü xüsusilə diqqətlə bölüşdürmək məsləhətdir, əks halda yeni tapşırıqlar əlavə yük olacaq. Həftənin əvvəlində problem yaşamamaq üçün bütün işgüzar təklifləri və aldığınız yeni məlumatları diqqətlə gözdən keçirin. Ümumiyyətlə, bu zaman riskə getməyin, addımlarınızı hesablayın və müsbət aura yaratmağa çalışın. Güləş, cüdo, stolüstü tennis, gimnastika və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.
Dolça
Dolçalar bu həftə həyəcanlı anlar yaşayacaq. Nəyin bahasına olursa, olsun münaqişələrdən və həssas mövzuların müzakirəsindən çəkinməlisiniz. Peşman ola biləcəyiniz tələsik hərəkətlər etməmək üçün bu duyğuları yaradıcılığa yönəldin. İdman və istirahət sizin üçün xüsusilə aktual olacaq. Gəlirinizi və əsası xərclərinizi planlaşdırmağa vaxt ayırın. Həftənin ortasında alacağınız məlumatlara inanmamalısınız, aldatma riski var.Həftə sonları romantik tanışlıqlar üçün əlverişlidir. Futzal, minifutbol, karate, basketbol və güləş idman növlərində uğurlar qazanmaq şansı böyükdür.
Balıqlar
Bu həftə Balıqlar adi işlərlə məşğul olmalıdır. Lakin bunu tələsmədən edin. Risklər və sərgüzəştlər çoxlu problemlər gətirə bilər. Cümə günü çox vacib bir insanla rastlaşa bilərsiniz. Bunun yeni bir ruh yoldaşı, yeni bir ən yaxşı dost olması tamamilə mümkündür. Maliyyə sahəsinə gəldikdə, səbirli olmalısınız. Birdən pul qazanmaq üçün qeyri-adi bir fürsət yaranarsa, bunun itkilərə səbəb olub-olmayacağı barədə düşünmək daha yaxşıdır. İstirahəti dostlarınız və yaxınlarınızla keçirin, təbiətə çıxın - sağlamlığınızı diqqətlə izləyin. Atçılıq, voleybol, otüstü hokkey, üzgüçülük və qaçış növlərində uğurlar gözləniləndir.
İdman.biz