Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, iyulun 22-28-də paytaxtda 4 idman növü üzrə yarışlar keçiriləcək.
- Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş şahmat üzrə Binəqədi rayon turniri - 22 iyul, saat 10:00 (Binəqədi Gənclər Evi);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş minifutbol üzrə Binəqədi rayon turniri - 23 iyul, saat 10:00 (AzFar MMC-nin stadionu);
- Velosipedin trek növü üzrə ölkə çempionatı (bütün kateqoriyalar) – 23-25 iyul (Bakı);
- Badminton üzrə Bakı şəhər birinciliyi - 26 iyul, saat 11:00 (1 nömrəli idman təmayüllü lisey).
İdman.biz