Azərbaycan və Qambiya arasında gənclər və idman sahələrində əməkdaşlıq memorandumu imzalanıb.
İdman.biz xəbər verir ki, bu, UNESCO-nun Fransanın paytaxtı Parisdəki ofisində gerçəkləşib.
Memorandum qurumun təşkilatçılığı ilə idman nazirlərinin "Change the Games" beynəlxalq forumu zamanı razılaşdırılıb. Sənədi nazir Fərid Qayıbov və Qambiyanın idman və gənclər naziri Bakar Bodji imzalayıblar.
Qeyd edək ki, forum Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində baş tutub.
İdman.biz