Noyabrın 4-də Bakıda Milli Gimnastika Arenasında Yaponiyanın dünyaca məşhur qarışıq döyüş sənəti “Rizin”in “Landmark 7” turniri keçiriləcək.
İdman.biz xəbər verir ki, yarışda iştirak edəcək idmançılarımızdan 3-ü mötəbər yarışın hazırlıqlarını ABŞ-da davam etdirir.
Döyüşçülərimiz Tofiq Musayev, Vüqar Kərəmov və Tural Rəhimov sentyabrın 15-dən etibarən Mayamidə dünyanın ən məşhur idmançıları ilə bərabər təlim-məşq toplanışında iştirak edirlər. Oktyabrın 13-ə qədər davam edəcək hazırlıqlara məşqçi Ruslan Əfəndiyev başçılıq edir.
Qeyd edək ki, “Landmark 7”də Vüqar Kərəmov yaponiyalı "Black Super" yüngül çəki çempionu Çihiro Suzuki ilə, Tofiq Musayev yaponiyalı Koji Takeda ilə döyüşəcək. Nəriman Abbasovun rəqibi rusiyalı Ali Abdulxalikov, Mehman Məmmədov isə ABŞ təmsilçisi Castin Skoqqins olacaq. Digər həmyerlilərimizə Tural Rəhimov isə koreyalı Kyonq Pyo Kimlə üz-üzə gələcək.
Emin Ağa
İdman.biz