Gənclər və İdman Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Xəbərlər
26 İyul 2024 17:22
176
Gənclər və İdman Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Bu gün Gənclər və İdman Nazirliyinin yaradılmasından 30 il ötür.

İdman.biz xəbər verir ki, bu münasibətlə nazirliyin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad edib.

Həmçinin Şəhidlər Xiyabanı da ziyarət olunub, Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

İdman.biz