Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.
İdman.biz xəbər verir ki, iyulun 29-dan avqustun 4-dək müxtəlif idman növləri üzrə turnirlər təşkil olunacaq.
- Paris-2024 Yay Olimpiya Oyunları – 26 iyul - 12 avqust (Paris, Fransa);
- Qalaqapı üzrə Avropa çempionatı (65-ci Avropa Qo Konqresi) – 22 iyul - 5 avqust (Almaniya);
- Cüdo üzrə gənc oğlanlar və qızlar arasında Avropa kuboku və BTMT – 27-31 iyul (Berlin, Almaniya);
- Velosipedin şose növü üzrə Qazaxıstan milli çempionatı (bütün kateqoriyalar) – 28 iyul - 29 avqust (Astana, Qazaxıstan)
- Su polosu üzrə “Çelenc Cap Len” Avropa turniri – 31 iyul - 3 avqust (Macarıstan);
- 100 xanalı dama üzrə Avropa birinciliyi - gənclər (2005-2007), kadetlər (2008-2010), kiçik kadetlər (2011-2013), ümidlər (2014) və daha kiçik yaşlılar (oğlanlar və qızlar) – 1-9 avqust (Heyken, Niderland);
- Kadetler üzrə oğlanlar və qızlar arasında məktəblilərin Avropa birinciliyi – 1 -11 avqust (Banya-Luka, Bosniya və Hersoqovina);
- Sumo üzrə “Scottish Sumo Open 2024” beynəlxalq turnir – 2-5 avqust (Donkaster, Böyük Britaniya);
- Badminton üzrə “Bulgaria Junior Championships”– 3-6 avqust (Pazarcık, Bolqarıstan);
- Stolüstü tennis üzrə yaniyetmələr arasında “EUROTALENTS SELECTİON CAMP” – 3-10 avqust (Riqa, Latviya).
İdman.biz