Ceyhun Bakinski aykidoda: mikrofonu 9 dəfə başa çırparaq sındırıb - İdman.Biz TV - VİDEO

Xəbərlər
1 Avqust 2024 10:10
1 061
Ceyhun Bakinski aykidoda: mikrofonu 9 dəfə başa çırparaq sındırıb - İdman.Biz TV - VİDEO

İdman.Biz TV-nin “Ulduzlu İdman” verilişinin növbəti qonağı məşhur şanson ifaçısı Ceyhun Bakinski olub.

İdman.biz-in məlumatına görə, verilişin aparıcısı Zümrüd Bədəlova ilə söhbəti zamanı Ceyhun Bakinski gənclik illərində yaşadığı macəralardan danışıb. O qeyd edib ki, zəhlətökən və davranışını bilməyən insanların başına mikrofonu çırparaq doqquz dəfə sındırıb.

Verilişin xüsusi qonağı 2-ci dan qara kəmər sahibi, Azərbaycan Avrasiya Aykido və Budo Mərkəzinin müəllimi Vüqar Musayev olub. O, bir sıra fəndlər nümayiş etdirərək bu idman növünün xüsusiyyətlərindən danışıb.

YouTube kanalımızda çox maraqlı verilişi izləyin!

İdman.biz