Bakıda "Amburan Beach Club"da “Sağlam həyat” kütləvi idman tədbiri keçirilib.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi tədbirə müxtəlif yaş qruplarından olan iştirakçılar qoşularaq qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi (“jim” və “press”) normativlərini yerinə yetiriblər.
Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.
İdman.biz