Olimpiya əfsanəsindən tələb: “Ömürlük cəza"

Xəbərlər
6 Avqust 2024 17:09
627
Olimpiya əfsanəsindən tələb: “Ömürlük cəza"

Olimpiadalar tarixinin ən titullu idmançısı Maykl Felps yeni təkliflə çıxış edib.

İdman.biz xəbər verir ki, 23 qat olimpiya çempionu dopinqdə ilişən idmançıların ömürlük diskvalifikasiya olunmasını istəyir.

ABŞ yığmasının sabiq üzgüçüsü qadağan olunmuş preparatlardan yararlananların bağışlanmasının əleyhinədir: “Əgər sizin dopinq testiniz müsbət nəticələnibsə, sizi bir daha yarışlara buraxmağa dəyməz. Əminəm ki, idmançı bir dəfə cəzalanmalı və qayıtmaq hüququndan məhrum edilməlidir. Bütün karyeram ərzində məni yalançı adlandırıblar, antidopinq qaydalarını pozmaqda ittiham ediblər. Mən hər həftə çox sayda analizlər vermişəm ki, təmizliyimi sübut edib. Bütün nailiyyətlərim təmiz yolla əldə olunub”.

Qeyd edək ki, Afina-2004, Pekin-2008, London-2012 və Rio-2016-nın iştirakçısı olan Felps 23 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.

İdman.biz

Məqalədə: