Azərbaycanın bodibildinq komandası oktyabrın 31-dən noyabrın 6-dək Santa Susana (İspaniya) şəhərində keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir.
İdman.biz xəbər verir ki, yarışda 10 çox idmançı iştirak edəcək. Onların arasında ötənilki “Masters” yarışında qitə birinciliyinin qalibi Vüqar Verdiyev də var.
Əvvəllər Beynəlxalq Federasiya mundialın 1-5 noyabr tarixlərində keçirilməli olduğu üçün onun vaxtını bir qədər dəyişdirmişdi.
Dünya çempionatından əvvəl oktyabrın 29-da ölkə çempionatı baş tutacaq.
Nicat Zəkiyev
İdman.biz