Bakı üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, sentyabrın 2-8-də paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.
- Güllə atıcılığı üzrə ölkə çempionatı – 2-7 sentyabr (Bakı);
- Tennis üzrə 14 və 16 yaşlılar arasında keçirilən "Payız Kuboku" Avropa Tennis turniri – 2-8 sentyabr (Bakı);
- Futbol üzrə 2024-2025 UEFA millətlər liqası (Azərbaycan–İsveç) – 5 sentyabr (Bakı);
- Ağırlıqqaldırma üzrə ölkə birinciliyi və çempinatı – 6-8 sentyabr (Bakı);
- Qılıncoynatma üzrə yeniyetmələr və gənclər arasında Bakı şəhər birinciliyi – 7-8 sentyabr, saat 10:00 (Azərbaycan Tibb Universitetinin İdman Sarayı);
- Stronqmen, strikt karl və strit liftinq üzrə ölkə kuboku – 7-8 sentyabr (Bakı);
- Dövlət qurumları arasında basketbol yarışı – 7-8 sentyabr (Bakı).
İdman.biz