Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
2 Sentyabr 2024 21:09
228
Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın beynəlxalq üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, sentyabrın 2-8-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

- Boks üzrə gənclər arasında "42nd Golden Glove of Vojvodina" – 26 avqust – 2 sentyabr (Serbiya, Subotiça);
- Paris Yay Paralimpiya Oyunları – 28 avqust – 8 sentyabr (Fransa, Paris);
- Stolüstü tennis üzrə "Özel Silifke Kupası" – 1-4 sentyabr (Silifke, Mersin);
- Su polosu üzrə Rusiya beynəlxalq turniri – 1-5 sentyabr (Gürcüstan, Batumi);
- Yelkən idman növünün Optimist sinfi üzrə "Süleymanpaşa Cup" yarışı – 1-5 sentyabr (Türkiyə, Təkirdağ vilayəti);
- Boks üzrə U-22 "Enriki Rodrigez" beynəlxalq turniri – 2-8 sentyabr (İspaniya);
- Sərbəst, yunan-Roma və qadın güləşi üzrə U-20 dünya çempionatı – 2-8 sentyabr (İspaniya, Pontevedra);
- Badminton üzrə "Taipei Open 2024" – 3-8 sentyabr (Tayvan, Taypey);
- Boks üzrə U-22 qadınlar arasında "Moldovian belt" – 3-8 sentyabr (Rumıniya);
- Fiqurlu konkisürmə üzrə İSU yeniyetmələrin Qran-Pri yarışı – 4-7 sentyabr (Çexiya, Ostrava);
- Badminton üzrə "1st İran Khazar (Caspian) Cup 2024" – 5-8 sentyabr (İran, Məhabad);
- Cüdo üzrə gənc oğlan və qızlar arasında Avropa birinciliyi – 5-8 sentyabr (Estoniya, Tallin);
- Kəndirlə mübarizə üzrə dünya çempionatı – 5-8 sentyabr (Almaniya, Manheim);
- Minifutbol üzrə Çempionlar Liqası – 5-8 sentyabr (Polşa, Varşava);
- Futbol üzrə UEFA U-21 Avropa seçmə mərhələsi (Lüksemburq–Azərbaycan) – 6 sentyabr
(Lüksemburq);
- WKF üzrə "Marmara Cup" beynəlxalq turnir – 6-7 sentyabr (Türkiyə, İstanbul);
- Badminton üzrə "Polish U-19 Open 2024" – 6-8 sentyabr (Polşa, Qnezno);
- Sumo üzrə dünya çempionatı və birinciliyi – 6-8 sentyabr (Polşa, Krotoszyn);
- Stolüstü tennis üzrə "Bioderma Pro Beach Tour Türkiyə Serisi Etapı" – 6-8 sentyabr (Kızkalesi, Mersin);
- Ənənəvi karate-do üzrə beynəlxalq turnir – 6-10 sentyabr (İsveçrə, Bazel);
- Triatlon üzrə Dünya Kuboku – 7-8 sentyabr (Çexiya, Karlovar);
- V Köçəri Oyunları (milli idman növləri) – 7-14 sentyabr (Qazaxıstan, Astana);
- Futbol üzrə 2024-2025 UEFA millətlər liqası C qrupu (Slovakiya–Azərbaycan) – 8 sentyabr (Slovakiya);
- WKF üzrə BH Banja Luka Open beynəlxalq turnir – 8 sentyabr (Bosniya və Herseqovina).

İdman.biz