54 idmançımız V Dünya Köçəri Oyunlarında

Xəbərlər
7 Sentyabr 2024 18:49
102
54 idmançımız V Dünya Köçəri Oyunlarında

Sentyabrın 8-dən 13-dək Qazaxıstanın Astana şəhərində V Dünya Köçəri Oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, ölkəmiz yarışda 8 idman növü üzrə təmsil olunacaq.

Azərbaycan yığmasının heyətində 54 idmançı qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə mübarizə aparacaq.

Qeyd edək ki, oyunlarda ölkəmizi təmsil edəcək nümayəndə heyəti və idmançılarımız yola düşüblər.

İdman.biz