Sumoçularımızdan Dünya çempionatında bürünc het-triki

Xəbərlər
9 Sentyabr 2024 12:47
417
Sumoçularımızdan Dünya çempionatında bürünc het-triki

Azərbaycan sumo millisi Polşanın Krotoşin şəhərində keçirilən dünya çempionatında üç medal qazanıb.

İdman.biz xəbər verir ki, yarışda Cavidan Natxov (80 kq), Abdulla Şərif (85 kq) və Çingiz Səmədov (100 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, millimizin daha bir heyəti Astanaya keçirilən V Dünya Köçəri Oyunlarına yollanıb.

İdman.biz

Məqalədə: