Bodibildinq çempionatının keçirilmə vaxtı müəyyənləşib

Xəbərlər
9 Sentyabr 2024 17:13
94
Bodibildinq çempionatının keçirilmə vaxtı müəyyənləşib

Azərbaycan Bodibildinq və Fitnes Federasiyası ölkə çempionatının vaxtı ilə bağlı qərar verib.

İdman.biz xəbər verir ki, yarış oktyabrın 27-də keçiriləcək.

Klassik bodibildinq və “Men’s Physique” (çimərlik bodibildinqi) daxil olmaqla, bütün aparıcı növlər üzrə mübarizə gözlənilir.

Qeyd edək ki, ölkə çempionatı ənənəvi olaraq payızda, Azərbaycan kuboku isə yazda təşkil olunur.

İdman.biz

Məqalədə: