V Dünya Köçəri Oyunlarının bağlanış mərasimi keçirilib - FOTO

Xəbərlər
14 Sentyabr 2024 00:26
923
V Dünya Köçəri Oyunlarının bağlanış mərasimi keçirilib - FOTO

Sentyabrın 13-də Qazaxıstanın Astana şəhərində V Dünya Köçəri Oyunlarının bağlanış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, köçəri oyunlarının rəmzi növbəti ev sahibi Qırğızıstana təqdim olunub.

Mərasimdə Dünya Etnosport Federasiyasının prezidenti Bilal Ərdoğan, Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabosinov nitq söyləyiblər.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, yarışlarda Azərbaycan idmançıları 2-si gümüş, 5-i bürünc olmaqla ümumilikdə 7 medal qazanıb. Medal sayına görə ölkəmiz 89 ölkə arasında 9-cu olub.

İdman.biz