Gənclər və idman naziri Raymon Blondeli qəbul edib

Xəbərlər
14 Sentyabr 2024 17:01
218
Gənclər və idman naziri Raymon Blondeli qəbul edib

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondeli qəbul edib.

İdman.biz xəbər nverir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Qonaq səmimi qəbula görə təşəkkür edib, Azərbaycan milli komandasının Paris-2024 Yay Paralimpiya Oyunlarında qazandığı nəticə münasibətilə təbrik edib. Görüş zamanı idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev və baş katibi Toğrul Rəhimov da iştirak ediblər.

İdman.biz

Məqalədə: