İdman bürcü - Astroloji PROQNOZ: 16-22 sentyabr

Xəbərlər
15 Sentyabr 2024 10:30
60
İdman bürcü - Astroloji PROQNOZ: 16-22 sentyabr

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Həftə ərzində Qoçlar daha çox sərbəst olmağa çalışacaq.Bu istək partnyorunuzun xoşuna gəlməyəcək. O, sizi məhdudlaşdırmağa cəhd edə bilər. Bu cür davranış aranızda konfliktlərə səbəb ola bilər. Bu baxımdan güzəştə getməyə çalışmalısınız. Belə olduqda, həm də xoşagəlməz hadisələrdən yayınmış olarsınız. Həftə ərzində sağlamlığınıza daha çox diqqət yetirməlisiniz. Hər hansı riskli əməliyyatları və fəaliyyəti təxirə salmaq daha yaxşıdır. Həftənin sonu şəxsi münasibətlərdə ümumi maraqların tapılması və ortaq dostlarla ünsiyyət üçün əlverişlidir. Cüdo, çövkən, avarçəkmə, güləş, atletika və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Buğa
Bu həftə Buğalar maddi ehtiyyatları ilə bağlı qərar qəbul etmək məcburiyyətində qalacaqlar. Buna görə də, maliyyə sahəsində müvafiq addımlar atmalısınız. Müəyyən miqdarda nağd pullara üstünlük verməyiniz tövsiyyə rfilir. Həftə ərzində bəzi dəyişikliklərlə qarşılaşa bilərsiniz. Vəziyyətinizin mürəkkəbləşməsi ehtimalı var. Bununla bağlı yaxınlarınızla münasibəti gərginləşdirməməyə çalışın, ona etibar etməyə çalışın. Bu, çətinliklərin qarşısını almağa kömək edəcək. Eyni zamanda, bu günlərdə spirtli içkilər içməməlisiniz. Otüstü hokkey, voleybol, güləş, qaçış, üzgüçülük və atçılıq növlərində uğurlar gözləniləndir.

Əkizlər
Həftə ərzində Əkizlər mütaliyyəyə daha çox vaxt ayıracaqlar. Lakin əldə edəcəyiniz yeni məlumatlar dünyagörüşünüzlə ziddiyyət təşkil edə bilər. Məhz bu səbəbdən də sadəcə olaraq oxuduqlarınızı yanlış hesab etməyə başlaya bilərsiniz.
Bununla belə, ruhdan düşməyin, daha yeni məlumatlara nəzər salmağa dəyər. Həftənin ikinci yarısı nağd pulla alver edərkən diqqətli olmalısınız. Çünki ucuz alış-verişdən tutmuş yüksək gəlirli investisiyalara qədər size aldada biləcək fırıldaqçılarla qarşılaşma ehtimalı görünür. Sambo, avarçəkmə, güləş və gimnastika növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Xərçəng
Bu həftə Xərçənglər məqsəd və karyera sahəsində ehtiyatlı davranmalıdırlar. İstəyinizə nail olmaq üçün kifayət qədər gərgin vəziyyətlərlə üzləşə bilərsiniz. Çox narahat günlərlə qarşılaşa bilərsiniz. Ancaq məqsəd uğrunda mübarizə aparmağa dəyər. Özünüzə inamınız güclü olsa, çatışmazlıqlar aradan qalxacaq. Hər halda, bu müddət ərzində nəticələrin əldə edilməsi üçün digər variantları və üsulları təhlil etmək faydalı olar. Həmçinin, sizə ünvanlanan hər hansı bir məlumatların dəqiqliyini yoxlayın. Aldana bilərsiniz. Həndbol, güləş, atıcılıq, voleybol, futzal və basketbol idman növlərində uğurlar vəd olunur.

Şir
Həftə ərzində Şirlər ətraflarında olan bir sıra dostlarını öz sədaqətinə inandıra biləcəklər. Lakin yaxın ətrafınızdakıların çox ilə vidalaşmalı ola bilərsiniz. Buna görə o qədər də narahat olmağa dəyməz. Çünki sonradan əmin olacaqsınız ki, ətrafınızda qalanlar etibar edə biləcəyiniz insanlardır. Bu günlər evdə, ailədə sizdən nəyinsə gizlədildiyini hiss edəcəksiniz. Bu, əslində doğru da ola bilər. Bütünh hallarda sevdiklərinizə daha çox güvənməyi öyrənməlisiniz. Əgər onlar sizdən nəyisə gizlədirlərsə, deməli, bunun üçün mütləq ciddi səbəb var. Voleybol, hokkey, həndbol, basketbol və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.

Qız
Həftə ərzində Qızlarda xroniki, eləcə də gizli xəstəliklərin kəskinləşəcəyi ehtimalı var. Çox narahat olmaq tövsiyə edilmir, çünki həkiminizin göstərişlərinə ciddi əməl etsəniz, xəstəlikləri daha dəqiq müalicə edə və hətta onlardan tamamilə qurtula bilərsiniz. Bu müddət ərzində, həmçinin şəxsi həyatınızda dostlarınızın günahı ucbatından anlaşılmazlıqlar istisna deyil. Məlumat bilməyərəkdən və ya hətta bilərəkdən yalan ola bilər. Həftənin sonunu yaxınlarınız və ailə üzvlərinizlə ünsiyyətə həsr edin. Evdə daha çox vaxt keçirin, istirahət edin. Güləş, minifutbol, futzal, basketbol və karate idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Tərəzi
Bu həftə Tərəzilərdə ciddiyət, məsuliyyət və intizamlılıq kimi keyfiyyətlərə həvəs artacaq. Daha dəqiq desək, bu keyfiyyətləri özünüzdə tapmaq istəyi yaranacaq. Sevgi məcəralarında diqqətli olmalısınız. Sevdiyiniz insanla arzularınızı bölüşməyə can atmayın. Bu, əlaqələrə çətinliklər gətirə və hətta onu pozmaq təhlükəsi yarada bilər. Həftə ərzində bəzi sağlamlıq problemləri ilə üzləşmə ehtimalı var. Maliyyə baxımdan uğurlu həftə olacaq. Dostarınızla ürəyiniz istəyən həftəsonu keçirmək üçün çox şanslısınız, buna hazır olun. Cüdo, güləş, karate, üzgüçülük və futbolla məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Əqrəb
Həftə ərzində Əqrəblərə maliyyə sahəsində bir qədər diqqətli olmaq tövsiyə edilir. Daha doğrusu, vəsaitlərinizin hesabatına məsuliyyətlə yanaşmalısınız. Qənaət rejimini işə salmağa çalışın, pulu kortəbii xərcləməkdən yayının. Nağdsız ödənişlərdə diqqətli olun, belə məsələlərdə tələskənlikdən qaçın. Şəxsi münasibətlərdə tam harmoniya olmayacaq. Partnyorunuzun daha qısqanc olduğunu unutmayın. Bu, münasibətlərdə anlaşılmazlıqlara və fikir ayrılıqlarına səbəb ola bilər. Həftə ərzində sizə veriləcək heç bir vədə inanmayın, onlar fərziyyədən başqa bir şey olamayacaq. Səhhətinizlə bağlı problem yaşamayacaqsınız. Həftəsonu istirahətinə mütləq vaxt ayırın. Güləş, stolüstü tennis, cüdo, gimnastika və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Oxatan
Bu həftə Oxatanlar ünsiyyət baxımından bəzi çətinliklərlə üzləşə bilərlər. Qarşı tərəflə münasibətdə olarkən fikirlərinizi ifadə etmək bir qədər çətin olacaq. Bu, daha çox əcnəbi qonaqlarla münasibətdə özünü göstərəcək. Ailədaxili məsələlərdə də sıxıntılar görünür. Çalışın xanımınızla davranışınızda diqqətli olasınız. Həyat yoldaşınız tərəfindən təzyiq hiss edə bilərsiniz. Onunla bacardığınız qədər yumşaq rəftara üstünlük verin. Maliyyə məsələlərinin həllində də diqqətli olmaq lazımdır. Pulla bağlı şübhəli layihələrdə və macəralarda iştirak etməməlisiniz. Həftənin sonu işgüzar görüşlər və danışıqlar üçün əlverişlidir. Boks, futbol, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Oğlaq
Həftəboyu Oğlaqlar ailə məsələlərinin həllində yüksək fəallıq nümayiş etdirməməlidirlər. Həmçinin neqativ nəticəyə gətirib çıxara biləcək hər hansı şübhəli üsullardan istifadədən yayınmalısınız. Bu zaman, karyeranızda belə zirvəni fəth etmiş olacaqsınız. Həyat təcrübənizə, sız əlaqələrinizə arxalanmaq olar. Həftənin ikinci yarısına doğru sizə qarşı təhlükəli addımlar olacaq. Lakin səbrlə davranışınız bundan çıxış yolunun tək həllidir. Həftənin sonu bir qədər daha uğurlu görünür. Bu müddətdə həllini gözləyən bir çox məsələlərinizi asanlıqla yoluna qoya bilərsiniz. Avarçəkmə, güləş, qaçış, qılıncoynatma, atıcılıq və velosiped idmanında nailiyyətlər qaçılmazdır.

Dolça
Həftə Dolçalara yaradıcı sahədəki böhranın mümkünlüyündən xəbər verir. Yaradıcılıqla bağlısınızsa, bu sizin üçün çox vacib siqnaldır. Üzvü olduğunuz komanda ilə də çətinliklər yarana bilər. Şəxsi münasibətlərdə hər şeyin daha darıxdırıcı olduğunu hiss edəcəksiniz ki, bu da dostlarınızla daha çox vaxt keçirməyinizə səbəb ola bilər. İş yerində yeni planlar və ideyaların yaranması, perspektivlərin açılacağı ehtimalı yüksəkdir. Bununla bağlı ciddi düşünməyə dəyər. Lakin məqsəd naminə əziz olan insanlarla və yaxın qohumlarınızla münasibətləri qurban verməməlisiniz. Üzgüçülük, şahmat, güləş və karate idman növlərində bol-bol uğurlar vəd edilir.

Balıqlar
Həftənin Balıqlar üçün kifayət qədər stresli keçəcəyi gözlənilir. Sağlamlığınıza xüsusi diqqət yetirilməlisiniz. Ən kiçik xəstəliyə belə yoluxsanız, qeyri-adi ağırlaşmalara səbəb ola bilər. Bu həftə şəxsi münasibətlərinizdə də çətinliklər istisna edilmir. Dostlarınız arasında sizə rəqib çıxanlar olacaq. Bununla bağlı şübhələrinizi heçə saymamalısınız. Maddi vəziyyətinizlə bağlı ehtimallar ürəkaçandır. Ağlınıza gəlməyən məqamda müəyyən məbləğdə maliyyə əldə edəcəksiniz. Ümumiyyətlə, həftənin sonu bir qədər də uğurlu anlar vəd edilir. Tennis, sambo, voleybol, basketbol, həndbol və cüdoçular üçün yaxşı başlanğıc olacaq.

İdman.biz