Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
16 Sentyabr 2024 20:49
139
Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın beynəlxalq üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, sentyabrın 16-22-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI: 16-22 sentyabr

- 45-ci Şahmat Olimpiadası – 10-23 sentyabr (Macarıstan, Budapeşt);

- Stolüstü tennis üzrə gənclər və yeniyetmələr arasında “WTT YOUTH CONDENDER” – 15-18 sentyabr (Bosniya, Sarayevo);

- Kayak və kanoe üzrə "Olimpiya ümidləri" beynəlxalq yarışı – 17-23 sentyabr (Macarıstan, Sekeşfexervar);

- Fiqurlu konkisürmə üzrə “İSU CS Nebelhorn Trophy” – 19-21 sentyabr (Almaniya, Oberstdorf);

- Çimərlik voleybolu üzrə “FİVB VW Pro Beach Tour” dünya turu – 19-22 sentybar (Türkiyə, Ayvalık, Balıkesir);

- Ağırlıqqaldırma üzrə dünya birinciliyi – 19 -27 sentyabr (İspaniya, Leon);

- Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları – 20-22 sentyabr (İtaliya, Pezaro);

- Akrobatika gimnastikası üzrə dünya çempionatı – 20-22 sentyabr (Portuqaliya, Qimarayeş);

- WKF karate üzrə “Budapeşt Open” beynəlxalq turniri – 20-23 sentyabr (Macarıstan, Budapeşt);

- Qılıncoynatma üzrə kişilər arasında satelit turniri - şpaqa – 21-22 sentyabr (Serbiya, Belqrad);

- Taekvondo üzrə “Polish Open” – 21-22 sentyabr (Polşa, Varşava);

- Savat üzrə klublararası dünya kuboku – 22 sentyabr (Avstriya, Veyz);

- Velosipedin şose növü üzrə dünya çempionatı (bütün kateqoriyalar) – 22-29 sentyabr (İsveçrə, Sürix);

- Uşu üzrə gənclərin 9-cu dünya çempionatı – 22-30 sentyabr (Bruney).

İdman.biz