BOK prezidenti vəzifəsinə YEDDİ NAMİZƏD

Xəbərlər
17 Sentyabr 2024 16:12
563
BOK prezidenti vəzifəsinə YEDDİ NAMİZƏD

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax keçən ay Paris Olimpiadası zamanı bəyan etmişdi ki, gələn il ikinci müddətinin sonunda vəzifəsini tərk etmək niyyətindədir.

İdman.biz xarici mənbələrə istinadən xəbər verir ki, hazırda BOK-un rəhbəri vəzifəsinə 7 namizəd təsdiqlənib: ispaniyalı Juan Antonio Samaranç (oğul), fransalı David Lappartien, zimbabveli Kirsti Koventri, yapon Morinari Vatanabe, isveçli Yohan Elias, britaniyalı Sebastian Koe və İordaniya şahzadəsi Feysəl əl-Hüseyn.

Üzgüçülük üzrə yeddiqat Olimpiya mükafatçısı Koventri BOK-a rəhbərlik edəcək ilk qadın və afrikalı olmaq istəyir.

2013-cü ildən bu vəzifəni alman hüquqşünas Bax tutur.

BOK-un yeni prezidenti 2025-ci il martın 18-21-də Qədim Olimpiadada keçiriləcək sessiyada seçiləcək və həmin ilin iyununda vəzifəsinin icrasına başlayacaq.

Namizədlər gələn ilin yanvar ayında İsveçrənin Lozanna şəhərində baş tutacaq qapalı iclasda BOK-un bütün üzvlərinə təqdimatlarla çıxış edəcəklər.
BOK-un bütün prezidentləri kişi olub, doqquz nəfərdən səkkizi Avropadan, biri isə ABŞ-dandır.

Namizədlər kimlərdir?

- Şahzadə Feysal əl-Hüseyn - 63 yaşı, İordaniya.
Keçmiş güləşçi və avtoyürüşçü, İordaniya Olimpiya Komitəsinin prezidenti və yüksək münaqişə zonalarında birliyi təşviq edən "Nəsillər sülh uğrunda" təşkilatının təsisçisidir.

- Lord Sebastian Kou - 67 yaş, Böyük Britaniya.
Orta məsafələrə məşhur qaçışçı, əvvəllər Mühafizəkarlar Partiyasından deputat olub, sonra London-2012 Olimpiadasına və Britaniya Olimpiya Assosiasiyasına rəhbərlik edib.

- Kirsti Koventri - 41 yaş, Zimbabve.
Afrikanın ən çox medal qazanmış olimpiyaçısı, beş Olimpiadanın iştirakçısı, öz ölkəsinin idman naziridir. O, BOK-da idmançıların nümayəndəsi olub və öz üzgüçülük akademiyasını qurub.

- Yohan Elias - 62 yaş, İsveç.
Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti və idman malları istehsal edən "Head" şirkətinin rəhbəridir. Böyük Britaniya hökumətində Qordon Braunun meşələrin qırılması və yaşıl enerji üzrə məsləhətçisi olub.

- David Lappartient, 51, Fransa.
Velosiped idmanının rəhbər orqanı - Beynəlxalq Velosipedçilər İttifaqının və Fransa Olimpiya Komitəsinin prezidenti, BOK-un kiberidman qrupunun sədridir.

- Xuan Antonio Samaranç (oğul) - 64 yaş, İspaniya.
BOK-un hazırkı dörd vitse-prezidentindən biridir. 2022-ci ildə Pekində keçirilən Qış Olimpiya Oyunlarının koordinasiya komissiyasına rəhbərlik edib. Mərhum atası 2001-ci ilə qədər 21 il BOK-a rəhbərlik edib.

- Morinari Vatanabe - 65 yaş, Yaponiya.
2017-ci ildən Beynəlxalq Gimnastika Federasiyasının prezidenti, Olimpiya Oyunlarının Təşkilat Komitəsinin icraçı şurasında çalışıb.

İdman.biz