Dünyaca məşhur səyyahlar Xəzəri üzərək keçiblər - Qazaxıstandan Azərbaycana - FOTO - VİDEO

Xəbərlər
17 Sentyabr 2024 18:42
835
Dünyaca məşhur səyyahlar Xəzəri üzərək keçiblər - Qazaxıstandan Azərbaycana - FOTO - VİDEO

Dünyaca məşhur səyyahlar Qazaxıstandan Azərbaycana üzərək gəliblər.

İdman.biz xəbər verir ki, Karl Buşbi və Anjela Maksvel Xəzər dənizini keçərək ölkəmizə keçiblər.

Onlar 41 gün müddətində onlar Xəzər dənizini sərhəddən-sərhədə üzməklə ilkə imza atıblar. Hər iki səyyah Azərbaycana çatmaq üçün 288 kilometr məsafə qət edib.

Dəniz səyahəti zamanı iki gənc üzgüçümüz, 15 qat respublika çempionları Anastasiya Boborkina və Abdurrəhman Rüstəmov səyyahlarla birgə üzüblər.

Səyyahları Bakıda gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri qarşılayıblar.

Qeyd edək ki, səyahət Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə baş tutub.

İdman.biz