Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” - VİDEO

Xəbərlər
18 Sentyabr 2024 17:40
885
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” - VİDEO

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm. Amma su yolu ilə bilmirəm”.

İdman.biz xəbər verir ki, bunu Qazaxıstandan Azərbaycana üzərək gələn səyyah Anjela Maksvel deyib.

O, səyahət zamanı yaşadıqları çətinliklərdən danışıb: “Fiziki olaraq o qədər də çətin deyildi. Əsas məsələ mental çətinlik idi. "Alınmayacaq" fikri sizi rahat buraxmır. Bunu daim özünüzə xatırladırsınız. Özü də üzməklə məşğul olmayan biri üçün. Lakin əlinizdən gələnin artığını nümayiş etdirdikdə, alınır. Dəhşətli fırtınalar olurdu. Çox qorxunc idi. Nəhəng dalğalar və şiddətli küləklər işimizi çox riskli edirdi. Səyahətin ən gözəl tərəfi isə belə möhtəşəm komanda ilə olmaq idi, biz fasilələr verirdik. Amma yenə də çox təhlükəli səyahət idi”.

Maksvel bildirib ki, bu onun Bakıya ilk səfəri olmayıb: “Bakıya ilk səfərim deyildi, daha öncə də bir neçə dəfə olmuşam. Çox sevdiyim bir şəhərdir - xüsusilə də yeməkləri və mədəniyyəti. Azərbaycanın dəstəyi olmadan biz bunu bacara bilməzdik. Bakı Şəhər Halqası və nazirliyin dəstəyi sayəsində bu səfər baş tutdu”.

Qeyd edək ki, dünyaca məşhur səyyahlar Karl Buşbi və Anjela Maksvel Xəzər dənizini üzüb keçərək Qazaxıstandan Azərbaycana gəliblər. Onlar 41 gün müddətində Xəzər dənizini sərhəddən-sərhədə üzməklə ilkə imza atıblar. Hər iki səyyah Azərbaycana çatmaq üçün 288 kilometr məsafə qət edib.

İdman.biz