Fərid Qayıbov: "Bu cür görüşlər gimnastikanın mütərəqqi inkişafından və uğurlu gələcəyindən xəbər verir"

Xəbərlər
18 Sentyabr 2024 21:16
393
Fərid Qayıbov: "Bu cür görüşlər gimnastikanın mütərəqqi inkişafından və uğurlu gələcəyindən xəbər verir"

Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov ötən ayın əhəmiyyətli hadisələrindən danışıb.

İdman.biz xəbər verir ki, onun növbəti yazısı rəhbərlik etdiyi təşkilatın saytında ənənəvi “Prezident qeydləri” bölməsində yer alıb.

Avropa Gimnastikasının rəhbəri Olimpiadaya xüsusi diqqət yetirib: “Avqust ayında bir sıra idman növləri üçün Olimpiya həyəcanı davam etdi. Porte de la Chapelle Arenasından çıxan qığılcımlardan gimnastikanın ən zərif növü - bədii gimnastikada idmançıların arzularını gerçəkləşdirmək üçün mübarizə apardıqları aydın idi.

Əzmkarlıq, iradə gücü, inanılmaz əməkdaşlıq və mükəmməllik... Bəli bu sözlər əsasən Olimpiya gimnastikası yarışlarını xarakterizə edir. Bu idman növündə 6 medaldan 5-ni Avropa idmançıları qazandı. Olimpiya Oyunlarının gözəlliyi təsnifat və ya final olmasından asılı olmayaraq hər bir çıxışın əhəmiyyətlidir. Kişi və qadın gimnastikası və batut üzrə yarışlardan sonra bədii gimnastika yarışlarının təsnifat və finalında 7 min nəfərlik tutuma malik arenanı dolması tamaşaçılar marağından xəbər verir”.

Fərid Qayıbov idman gimnastikası yarışlarında qadınların mübarizəsində sərbəst hərəkətlər zamanı nəticələrin yenidən nəzərdən keçirilməsinə toxunub: “Həddindən artıq müsbət duyğularla yanaşı, təəssüf ki, qeyd edilməli hallar da var idi. İdman gimanstikasında qadınların sərbəst hərəkətlər zamanı nəticələrin dəyişdirilməsi və sonradan İdman Arbitraj Məhkəməsinin əvvəlki nəticənin bərpası yalnız gimnastların deyil, həm də məşqçilərinin və bütün ətraf mühitin hisslərinə təsir göstərir. Olimpiya Oyunları hər dörd ildən bir keçirilir. Bu o deməkdir ki bütün idmançılar iştirak etməzdən əvvəl uzun bir yol qət edirlər. Hakimlik prosesində iştirak edən bütün insanlar bu cür vəziyyətlərin qarşısını almaq üçün qərar verən zaman son dərəcə diqqətli olmalıdırlar. Heç vaxt unutmamalıyıq ki, əsas aktyorlarımız gimnastlardır və onların məmnuniyyəti əsas prioritetdir”.

Prezident bu ayın əvvəlində Avropa Gimnastika qitə federasiyaları ilə qarşıdan gələn Beynəlxalq Federasiya (FIG) Konqresini müzakirə etmək üçün görüş keçirib. “Avropa gimnastikasından namizədləri dinləmək və federasiyalarıın fikirlərini eşitmək imkanımız oldu. Dostlar arasında müsbət mühiti görmək xoş oldu və bu da bizim ittifaqımızda sağlam atmosferin olmasına dəlalət edir. Bu cür görüşlər gimnastikanın mütərəqqi inkişafından və uğurlu gələcəyindən xəbər verir”, - deyə F.Qayıbov vurğulayıb.

O, Prezident Şurası və İcraiyyə Komitəsi toplantılarında təşkilatın gələcək strategiyasının müzakirə olunduğunu bildirib: “İl ərzində əldə edilmiş uğurları müzakirə etdik, gimnastikanın yaxın gələcək üçün inkişafı üçün planlaşdırılan məqsədlərin federasiyalar və gimnastların xeyrinə olması üçün Avropa çempionatını daha təkmilləşdirə biləcək variantlar müzakirə olundu”.

Qayıbov yazıda bu ay qeyri-olimpiya gimnastikası üzrə böyük yarışların keçiriləcəyini qeyd edib: “Bizi akrobatika və aerobika üzrə dünya çempionatları gözləyir. İdmançılara, məşqçilərə və yarışların təşkilində iştirak edən hər kəsə uğurlar arzulayıram”.

İdman.biz