Fərid Qayıbov Hindistana səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib - FOTO

Xəbərlər
19 Sentyabr 2024 09:44
305
Fərid Qayıbov Hindistana səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Hindistanın Nyu Dehli şəhərinə səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib.

İdman.biz xəbər verir ki, nazir əvvəlcə Hindistan Gənclər və İdman Nazirliyi, Hindistan Milli Antidopinq Agentliyi və UNESCO-nun birgə təşkilatçılığı ilə keçirilən "Antidopinqdə inklüziv landşaftın yaradılması" beynəlxalq konfransının açılış mərasiminə qatılıb.

Həmçinin Nyu Dehlidə İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın Tərəflər Konfransının (COP9) IX Sessiyası Bürosunun ikinci rəsmi iclası keçirilib. Fərid Qayıbov COP9 Bürosunun vitse-prezidenti kimi iclasda təmsil olunub.

Qeyd edək ki, COP9 Bürosunun birinci rəsmi iclası bu il martın 5-6-da Bakıda keçirilib.

İdman.biz

Məqalədə: