Los-Anceles Olimpiadası üçün geri sayım başlayıb

Xəbərlər
19 Sentyabr 2024 18:39
443
Los-Anceles Olimpiadası üçün geri sayım başlayıb

Los-Anceles Olimpiadasının Təşkilat Komitəsi oyunların başlama vaxtının geri sayımına start verib.

İdman.biz xəbər verir ki, növbəti Yay Oyunlarına 1400 gün qalıb.

ABŞ şəhəri üçüncü dəfə olimpiadaya ev sahibliyi edəcək. Açılış 2028-ci il iyulun 14-nə planlaşdırılıb. Təşkilatçılar fransız həmkarlarının innovativ təcrübəsini mənimsəməmək və mərasimi klassik stadion formatında keçirmək qərarına gəliblər. Açılışın Milli Futbol Liqasının (NFL) "Los - Anceles Rams" və "Los-Anceles Dodcers" komandalarının ev arenası olan "SoFi Stadium"da keçiriləcəyi artıq məlumdur.

Bayramın bir hissəsi "Los-Angeles Memorial Coliseum"da keçiriləcək.

Klassik olimpiya idman növləri ilə yanaşı, bayraq futbolu, softbol, kriket, lakros və skvoş da proqrama əlavə olunacaq. Yeni növlərin əksəriyyəti komanda idman növləridir ki, BOK-un rəhbəri Tomas Baxın sözlərinə görə, onlar Amerika idmanını dünyaya nümayiş etdirəcək.

Parisdə debüt edən breykinq proqramdan çıxarılacaq, boks turnirinin təşkili isə sual altındadır - bu, BOK-un uzun illər davam edən münaqişələrdən sonra Beynəlxalq Boks Assosiasiyasının (IBA) tanınmasını ləğv etməsi ilə bağlıdır.

İdman.biz