Komandamız Türkiyədə birinci yeri qazanıb - FOTO

Xəbərlər
19 Sentyabr 2024 18:04
407
Komandamız Türkiyədə birinci yeri qazanıb - FOTO

Türkiyənin Antalya şəhərində keçirilən "Teknofest" aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışda iştirak edən Azərbaycanın "Versetech" komandası "Teknofest 2024"ün final turunda “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə 32 komandaya qarşı yarışıb.

Yekun nəticələrə əsasən, 76.88 xal toplayan Azərbaycan komandası birinci yerə layiq görülüb.

Qeyd edək ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "Teknofest" yarışında bu il 788 161 komandanın 1 630 000 iştirakçısı ilə rekord say qeydə alınıb.

İdman.biz