İdman bürcü - Astroloji PROQNOZ: 23-29 sentyabr

Xəbərlər
22 Sentyabr 2024 10:10
67
İdman bürcü - Astroloji PROQNOZ: 23-29 sentyabr

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Qoçlar Həftənin ilk günü maliyyə sahəsində uğursuzluqlarla üzləşə bilərlər. Bu baxımdan pulla bağlı sövdələşmələrdən yayınmağa çalışın. Bir sözlə, diqqət çəkən layihələr sizi özünə çəkəcək. Lakin bunlara inanmamalısınız. Çünki, onlar sizə nə maddi, nə də mənəvi məmnunluq gətirməyəcəklər. Həftə sonu istirahətinizə vaxt ayırın, dostlarınızın əhatəsində olsanız daha məsləhətdir. Futbol, güləş, üzgüçülük, karate, boks və şahmat idman növlərində bol-bol uğurlar vəd edilir.

Buğa
Buğalar həftəyə ruh yüksəkliyi ilə başlamalıdırlar. Bu günlərdə hər şey çəkəcəyiniz zəhmətdən asılıdır. Yeni vəzifə və ya işlə bağlı maraqlı təklif almaq şansınız var. Maliyyə və sənədləşmə ilə bağlı müraciətlər olarsa, diqqətli olun. Həftənin ikinci yarısı xoş xəbər alacaqsınız. Lakin bunu dərhal ətrafınızdakı insanlarla paylaşmayın. Şahmat, boks, futbol, cüdo, stolüstü tennislə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Əkizlər
Bu həftə Əkizlər üçün düşərli olacaq. Xəyallarınız gerçəkləşəcək. Taleyinizdən razı qalacaqsınız. Hətta işdə və şəxsi həyatınızda belə sevincli anlar yaşayacaqsınız. Bir çox tədbirlərə dəvət alacaqsınız. Lakin, düşünmədən təklifləri cavablandırmayın. Əks təqdirdə, ziyanını çəkə bilərsiniz. Voleybol, güləş, həndbol, basketbol, futzal və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Xərçəng
Xərçənglər bu həftə ailə işlərinə daha çox ayırsalar xeyrini görəcəklər. Bu baxımdan iş tapşırıqlarını yerinə yetirməyə daha çox vaxt ayırmamalısınız. Ailə münasibətlərini möhkəmləndirməyə çalışmağınız tövsiyə edilir. Uşaqlar daha çox diqqət tələb edə bilər. Əsasən həftə sonunu bütünlüklə ailənizə həsr edin. Hokkey, həndbol, voleybol, stolüstü tennis və basketbol növlərində hədsiz uğurlar gözlənilir.

Şir
Həftə Şirlər üçün cansıxıcı görünə bilər. Bu günlərdə özünüzə bir az süstlük vermək və sərt qaydalardan imtina etmək faydalıdır. Lakin tamamilə hər şeydən uzaq durmağınız da düzgün deyil. Yaxşı olar ki, gözəl təbiət qoynunda dincinizi alasınız. Valideynlərinizi ziyarət etməyiniz ürəyinizcə olacaq. Gimnastika, güləş, avarçəkmə və sambo növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Qız
Həftə Qızlar üçün asan görünsə də, bu, heç də elə deyil. Sadəcə, bir az təçkinli və səbirli olmalısınız. O halda sizi narahat edən problem aradan qalxacaq. Heç gözləmədiyiniz bir insandan dəstək ala bilərsiniz. Ətrafdakılarınızla münasibətdə mehriban davranmağa çalışın. Atçılıq, üzgüçülük, voleybol, otüstü hokkey və qaçış növlərində uğurlar gözləniləndir.

Tərəzi
Həftə ərzində Tərəzilər daha çox mesajlar alacaq. Lakin onların əksəriyyəti heç də ürəkaçan olmayacaq. Ba barədə hisslərinizə güvənə bilərsiniz. Ətrafınızdakı insanların sizə böyük ehtiyacı yaranacaq. Bacardığınız qədər onları köməksiz qoymayın. Həftəsonu maliyyə artımınız gözlənilir. Çövkən, güləş, atletika, avarçəkmə, atıcılıq və cüdo növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Əqrəb
Həftə Əzrəblər üçün uğurlu olacaq. Lakin dinamik olmağınız tövsiyə edilir. Aktiv fəaliyyət və ildırım sürətli qərarlar üçün vaxt gəlir. İndi çox şey edə bilərsiniz, şansınızı qaçırmayın. Həftəsonu maraqlı səfərlər gözlənilir. Onlardan imtina etməməyiniz məsləhətdir. Tennis, basketbol, həndbol, cüdo, sambo və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Oxatan
Həftə ərzində Oxatanlar bir qədər səbirli olmalıdırlar. Yeni layihələrin başlanmasını bir neçə gün təxirə salmaq məsləhət görülür. Çalışın yarımçıq qalan işlərinizi tamamlayasınız. Bu halda, müsbət nəticə əldə edə bilərsiniz. Həftənin ikinci yarısı uğurlu günlər gözlənilir. Bu, daha çox büdcə məsələlərində özünü göstərəcək. Güləş, gimnastika, üzgüçülük futbol, cüdo və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Oğlaq
Həftənin uğuru bir qədər Oğlaqların özündən asılıdır. Bu, daha çox verəcəyiniz qərarlarda, atacağınız addımlarda özünü göstərəcək. İşdə və yaxud işdənkənar məkanlarda əhatəniz genişlənəcək. Bir çox yerlərdən ciddi iş təklifləri alacaqsınız. Düşünmədən qərar qəbul etməyin. Dəyişikliklər üçün bu günlər daha əlverişli hesab edilir. Boks, stolüstü tennis, gimnastika, karate, cüdo və güləşlə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Dolça
Həftə ərzində Dolçalar bir qədər özlərinə qapansa yaxşı olar. Planlarınızı uğurla həyata keçirmək istəyirsinizsə, hələlik onları açıqlamamağa çalışın. Çox pis niyyətli insanların əhatəsində olacaqsınız. Ona görə də, ürəkaçan məlumatları açıqlamamalısınız. Bunun xeyrə yozulacağına zəmanət verilir. Aavarçəkmə, atıcılıq, qaçış, qılıncoynatma, güləş və velosiped idmanında nailiyyətlər qaçılmazdır.

Balıqlar
Həftə Balıqlar üçün olduqca müsbət məqamlar vəd edir. Uzun müddətdir ki, rəhbərliyin diqqət mərkəzindəsiniz. Ola bilər ki, sizə daha yüksək və perspektivli vəzifə təklif olunsun. Əlbəttə, dərhal razılaşmalısınız. Həftəsonu sağlamlığınıza diqqət yetirməyi unutmayın. Güləş, karate, basketbol, futzal və minifutbol idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

İdman.biz