Regional gənclər və idman idarələrinin rəisləri ilə görüş - FOTO

Xəbərlər
23 Sentyabr 2024 15:51
58
Regional gənclər və idman idarələrinin rəisləri ilə görüş - FOTO

Gənclər və idman nazirinin müavini Mariana Vasileva nazirliyin regional gənclər və idman idarələrinin rəisləri ilə görüşüb.

İdman.biz xəbər verir ki, Mariana Vasileva son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb.

Ardınca "İdman Paytaxtı" Quba şəhərində və regionlarda idman sahəsində keçirilən tədbirlər haqqında videoçarx nümayiş olunub, videotəqdimat edilib və hesabat təqdim olunub. Kütləvi idman tədbirləri, idman təhsili məsələləri, bölgələrdə idman menecmenti istiqamətləri, "Üzməyi öyrənək" layihəsinin yekun hesabatı və digər məsələlər müzakirə edilib.

Tədbirdə "Sağlam həyat" səyyar layihəsi haqqında videoçarx nümayiş edilib və səyyar maşınının regionlarda təşkil olunacaq "Sağlam həyat" layihəsində faydalı olacağı qeyd edilib.

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.

İdman.biz