Dünyada 51-ci - REYTİNQ

Xəbərlər
23 Sentyabr 2024 16:36
308
Dünyada 51-ci - REYTİNQ

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə 2024-cü ilin arxada qalan hissəsində baş tutan nüfuzlu yarışların nəticələri əks olunub.

Azərbaycan dünya ölkələri arasında 51-cidir. İdmançılarımız bu il 204 xal toplayıb.

Bu xallar 8 növdə əldə olunan uğurlar hesabına mümkün olub. Cüdo yığmamız daha çox – 65 xal əldə edib.

Boksda 32, sərbəst güləşdə 28, yunan-Roma güləşində 25, taekvondoda 24, basketbolun 3x3 növündə 18, bədii gimnastikada 8, atletikada 4 xal qazanılıb. Azərbaycan ümumi siyahıda Finlandiya, Gürcüstan, Bolqarıstan, Kuba, Yamayka kimi ölkələri də qabaqlayıb.

Yığmamız Avropa ölkələri arasında 27-cidir. Kişi idmançılardan ibarət milli 44-cü, qadınlar komandası 68-ci sıradadır.

Qeyd edək ki, 135 ölkənin olduğu siyahıya 6371 xala malik ABŞ başçılıq edir.

İdman.biz